DÜNYA


Parisdə keçirilən etiraz aksiyasında 100-dən çox “sarı jiletli” saxlanılıb

Paris, 15 dekabr, AZƏRTAC

Fransada “sarı jiletlilər”in növbəti etiraz aksiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, Parisdə polis Yelisey çölləri prospektində toplaşan aksiyaçıları mühasirəyə alaraq digər küçələrə keçməyə qoymayıb. Beş qadın respublikanın simvolu olan Maryan qiyafəsində, sinəsi açıq şəkildə polisin qarşısına çıxaraq etirazlarını bildirib. Digər aksiyaçılar paytaxtın müxtəlif məhəllələrində, eləcə də Paris Operasının qarşısına toplaşıblar. Paris polis prefekturasının məlumatına əsasən, təkcə paytaxtda 151 aksiyaçı dindirilib və onlardan 101-i müvəqqəti saxlanılıb.

Axşam saatlarında polis su şırnağı ilə aksiyaçıları dağıtmağa başlayıb. Yelisey çölləri prospektində polis məngənəsi arasında sıxılan aksiyaçılar “Makron, istefa” sloqanları altında dağılmağa məcbur olublar.

Aksiyaçılar hələ də küçələrdə aksiyanı davam etdirilər.

Əyalətlərdə “sarı jiletlilər”lə polis arasında qarşıdurma olduğu bildirilir.

Son məlumata görə, bir aydır davam edən aksiyalar zamanı 7 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.