DÜNYA


Parisdə polis zorakılığına qarşı nümayişdə saxlanılanlar var

Paris, 3 iyun, AZƏRTAC

Parisdə polis tərəfindən törədilən, eləcə də irqi zəmində baş verən zorakılıqlara qarşı keçirilən nümayişdə gərginlik yaşanıb və saxlanılanlar var.

AZƏRTAC xəbər verir ki, nümayiş zamanı 18 nəfər saxlanılıb.

Etiraz aksiyası bir neçə il əvvəl Adama Traorenin ailəsinə dəstək komitəsinin çağırışı ilə təşkil edilib. Bir çox ölkələrdə, xüsusilə də ABŞ-da polis zorakılığına və irqi zəmində olan zorakılıqlara qarşı nümayişlərin keçirildiyi bir vaxtda Paris prefekturası tərəfindən “Adama Traoreyə ədalət” nümayişinin qadağan edilməsi nümayişçilərin etirazına səbəb olub. Polis və nümayişçilər arasında qarşıdurma olub. Nümayişçilər ətrafda yanğınlar törədib və polis gözyaşardıcı qazdan istifadə edib.

“Adama Traoreyə ədalət” nümayişində yaşanan gərginliyin səbəbkarı Paris prefekturasıdır”, - deyə A.Traorenin ailəsinin vəkili bildirib.

Prefektura 18 nümayişçini hansı səbəbdən saxlamasına dair məlumat verməyib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.