DÜNYA


Parisdə retro avtomobil sərgisi keçirilir VİDEO

Paris, 9 fevral, AZƏRTAC

Parisdə 44-cü retro avtomobil sərgi salonu qapılarını kolleksiyaçılara, eləcə də həvəskarlara açıb.

AZƏRTAC xəbər verir ki, bu il 72 min kvadratmetrlik ərazidə 650 kolleksiyaçı və 100 klub 600 avtomobilini nümayiş etdirir. Bu il salona 120 min xarici və yerli ziyarətçinin gələcəyi gözlənilir. Salondan retro avtomobillərlə yanaşı, onların hissələrini də əldə etmək mümkündür.

Qeyd edək ki, 2018-ci ildə sərgi salonunda və telefon vasitəsilə keçirilən hərraclar zamanı 31 815 566 avroluq satış həyata keçirilib və bu, əvvəlki illə müqayisədə 13 faiz çoxdur. Salonda retro minik avtomobilləri ilə yanaşı, tanklar, yük maşınları, motosikletlər, sportkarlar da nümayiş olunur.

Sərgi fevralın 10-dək davam edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.