DÜNYA


Parisdə yanğın nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Bakı, 5 fevral, AZƏRTAC

Parisdə yaşayış binasında baş verən yanğın nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.

AZƏRTAC “Parisien” qəzetinə istinadla xəbər verir ki, faciə zamanı, həmçinin 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

İnsident fevralın 4-dən 5-nə keçən gecə yerli vaxtla saat 01:00-da Parisin 16-cı dairəsində yerləşən Erlanje küçəsindəki doqquzmərtəbəli binanın yuxarı mərtəbələrində baş verib. Yanğının söndürülməsinə 200-dən artıq yanğınsöndürən cəlb olunub.

Hazırda hadisə yerində təhqiqat aparılır. Əsas versiya kimi yanğının qəsdən törədilməsi nəzərdən keçirilir. Belə ki, faciədən öncə sakinlər arasında mübahisə baş verib. Polis hadisə ilə əlaqədar həmin binada yaşayan qadını saxlayıb. Psixi xəstəlikdən əziyyət çəkən qadın yanğını törətməkdə şübhəli bilinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.