DÜNYA
Parisdəki evsiz insanlar Fransa hökuməti üçün baş ağrısı yaradıb

Paris, 3 iyun, AZƏRTAC
Yay Olimpiya Oyunları yaxınlaşdıqca Fransa hökuməti evsiz insanları (bomjlar) yarışın keçiriləcəyi İle-de-Frans regionundan çıxarmağı təşviq edir.
AZƏRTAC xəbər verir ki, Fransa hökuməti minlərlə evsiz insanı Olimpiya Oyunlarına ev sahibliyi edəcək Parisi tərk etməyə təşviq etmək üçün sistem qurur. Oyunlar zamanı paytaxt küçələrində evsiz insanlardan qurtulmaq məqsədi ilə müvəqqəti olaraq onların əyalətlərdə yerləşdirləcəyi bildirilir. Bu məqsədlə merlərə prefektura tərəfindən rəsmi xəbərdarlıq göndərilib. Bu xəbər merlər tərəfindən müsbət qarşılanmayıb. Bruz (Ille-et-Vilaine) meri evsizləri müvəqqəti yerləşdirmək üçün nəzərdə tutulan və dəmir yolu reyslərinin yaxınlığında olan torpaq sahəsinin insanları qəbul etməyə layiq olmadığını bildirib.
Beləliklə, Paris regionunda olan evsiz insanlar Fransa hökuməti üçün baş ağrısı yaradıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris