DÜNYA


Parisin ən böyük ticarət mərkəzinə basqın olub

Bakı, 20 iyul, AZƏRTAC

Parisin ən böyük “Galeries” ticarət mərkəzinə maskalı şəxslər tərəfindən basqın olub.

AZƏRTAC BFM telekanalının saytına istinadla xəbər verir ki, Fransa paytaxtının Lafayett rayonunda yerləşən ticarət mərkəzinin mühafizəçiləri ilə əllərində soyuq silahlar olan quldurlar arasında əlbəyaxa dava-dalaş olub. Talançılardan bir neçəsi çəkiclə yan qapıların şüşələrini və vitrinləri sındırıb. Mühafizə xidmətinin əməkdaşları quldurları ticarət mərkəzindən qova biliblər. Lakin onların bir neçəsi bədən xəsarətləri alıb.

“Galeries” ticarət mərkəzinə dəyən ziyanın məbləği hələ dəqiqləşdirilməyib. Cinayətkarların bir neçə bahalı saatı oğurladıqları bildirilir. Paris prokurorluğu insidentlə bağlı təhqiqat aparır. Basqında iştirak edənlərin heç birini yaxalamaq mümkün olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.