DÜNYA
Parisin şimalındakı miqrant düşərgələri köçürülüb
Paris, 28 yanvar, AZƏRTAC
Parisin şimal-şərqindəki böyük miqrant düşərgəsi polis əməkdaşları tərəfindən təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, Obervilyedə çadır düşərgəsində məskunlaşmış miqrantlar avtobuslarla İl-dö-Frans regionundakı qəbul mərkəzlərinə aparılıblar. Miqrantların təxliyəsi Paris və İl-dö-Fransa polis prefekturalarının birgə əməliyyatı ilə həyata keçirilib. Polis prefekturasının məlumatına əsasən, düşərgədə 1436 miqrant var. Miqrantların Obervilye qapısında yenidən məskunlaşmaması üçün müəyyən tədbirlər görüləcək və həmin məkana daimi nəzarət ediləcək.
Qeyd edək ki, iki ay əvvəl Şapel qapısına yaxın çadır düşərgəsindən 1600 miqrant köçürülmüşdü. Həmin vaxt Fransanın Daxili İşlər naziri 2019-cu ilin sonuna qədər Parisin şimal-şərqindəki bütün miqrant düşərgələrindəki şəxslərin təxliyə ediləcəyini bildirmişdi.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]