CƏMİYYƏT


Parkdan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 20 iyul, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə rayon ərazisindəki parkların birindən 10 min manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Sumqayıt şəhər sakini Qabil Kərimov və Bakı şəhər sakini Ümid Məmmədov olduqları müəyyən edilib.

Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.