SİYASƏT


Parlament sədri: Gürcüstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək

Batumi, 12 iyul, AZƏRTAC

Gürcüstan və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Hər iki ölkənin parlamentləri də bu kontekstdən çıxış edərək əlaqələri daha da möhkəmləndirirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Arçil Talakvadze söyləyib.

O deyib ki, bu gün Gürcüstan parlamentində 4 azərbaycanlı deputat var. Bu da münasibətlərimizin bir nümunəsidir.

Sədrin sözlərinə görə, Gürcüstan bundan sonra Azərbaycan dövləti, xalqı ilə dostluq və tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirəcək və möhkəmlənəcək. "Ümid edirəm ki, parlamentlərarası münasibətlər də bundan sonra daha da inkişaf edəcək”, - deyə A.Talakvadze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Batumi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.