Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Parlamentdə 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə olunub 

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyə 4 məsələnin daxil edildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, “Büdcə sistemi haqqında” Qanunda dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması, onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib. Qeyd edilib ki, büdcəyə ediləcək düzəlişlərlə bağlı parlamentə daxil olan sənədlərdə 2023-cü il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinin, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqinin və digər zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin neft-qaz və qeyri-neft/qaz sektoru üzrə əlavə gəlirləri, mövcud ehtiyatları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd olunub.

Sonra maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən cari ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı əlavə maliyyə təminatının yaradılması, bununla əlaqədar olaraq ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni vəzifələr qoyulub. Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi cari ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, cari və orta müddətli makro-iqtisadi və fiskal dayanıqlığa xələl gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyunkturası şəraitində artımının davam etdirilməsi ilə bağlı hədəflər gözlənilməklə tərtib olunub.

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə 1 milyard 105 milyon manat vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2 milyard 260 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb.

Bildirilib ki, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər, o cümlədən xarici ölkələrə maliyyə yardımının göstərilməsi, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının əməkdaşlarının təminat və kompensasiyaları ilə bağlı yeni qaydaların qüvvəyə minməsi və bəzi xarici ölkələrdə səfirliklərin və diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması, BMT-nin iqlim dəyişməsi üzrə konsepsiyasına uyğun olaraq ölkənin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi və bir sıra digər vəzifələrin icrası 795,9 milyon manat həcmində əlavə maliyyə təminatının yaradılmasını zəruri edir.

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumata əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30 milyard 774 milyon manata qarşı 3 milyard 5 milyon manat və ya 9,8 faiz artırılaraq 33 milyard 779,5 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33 milyard 353,3 milyon manat məbləğində xərcləri 3 milyard 215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36 milyard 568,8 milyon manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2 milyard 579,3 milyon manata qarşı 210 milyon manat və ya 8,1 faiz artırılaraq 2 milyard 789,3 milyon manat olacaq.

Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17 milyard 739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16 milyard 39,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. Gəlirlərin 14 milyard 932 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5 milyard 728 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 11 milyard 737,7 milyon manatı Dövlət Neft Fondundan transfertin, 801 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmalar, 580,8 milyon manatı digər gəlirlərin payına düşür.

Bildirilib ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi və ya 22 milyard 39,3 milyon manat, əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi və ya 13 milyard 347 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi və ya 1 milyard 182,5 milyon manat vəsait yönəldiləcək.

Qeyd olunub ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılaraq 2 milyard 789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Məlumat verilib ki, yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9 milyard 923,4 milyon manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41 milyard 213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 244,5 milyon manat və ya 8,5 faiz çoxdur. Qeyd olunub ki, icmal büdcə 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6 milyard 678,9 milyon manat əlavə gəlirlər hesabına 1 milyard 735,3 milyon manat profisit yaranacaq.

Sonra çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dürüstləşdirilmiş büdcədə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin istiqaməti barədə danışıb. Bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb.

Komitə sədri qeyd edib ki, dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manat təşkil etməsi təklif olunur. Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaq. DSMF dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat uşağın anadan olmasına görə müavinətin məbləğini 2023-cü ilin yanvar ayından 300 manatdan 500 manata qaldırılması xərclərini qarşılamaq üçün nəzərdə tutulub. Eyni zamanda, postkovid dövründə ölüm hallarının azalması səbəbindən dəfn üçün müavinətin 2023-cü ilin büdcəsində təsdiq edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi təklif olunur. Fondun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumunun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 4 milyon manat və yaxud 3,9 faiz artırılaraq 106,7 milyon manat səviyyəsində olması nəzərdə tutulur.

Bildirilib ki, İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 milyon manata çatdırılması nəzərdə tutulub. Büdcə gəlirlərinin 5 milyon manatlıq artımı İşsizlikdən Sığorta Fondunun 2022-ci ilin sonuna istifadə olunmamış vəsaiti hesabına təmin ediləcək. İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin haqqı ödənilən ictimai işlərin təşkili, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi Dövlət Məşğulluq Agentliyinin strukturunun saxlanma xərcləri istiqamətində artımların olması nəzərdə tutulur.

Sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcələri barədə fikirlərini açıqlayıb. O, ölkə Prezidentinin sosial sahədə islahatların həyata keçirilməsi ilə bağlı sərəncamlarının qüvvəyə mindiyini, bu islahatlar çərçivəsində icra olunan proqramların əksəriyyətinin 2023-cü ilin büdcəsində nəzərdə tutulduğunu söyləyib. DSMF-in büdcəsində dürüstləşmənin 4 milyon manat nəzərdə tutulduğunu deyən nazir qeyd edib ki, burada əsasən müsbət demoqrafik dəyişikliklə bağlı uyğunlaşdırma aparılır.

Diqqətə çatdırılıb ki, İşsizlikdən Sığorta Fondunda isə cari ilin ilk 5 ayında müşahidə olunan dinamika çərçivəsində işsizliyə görə sığorta ödənişi, haqqı ödənilən ictimai işlərin təşkili, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə iş yerlərinin açılması, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi tədbirlərinə əlavə vəsaitlər yönəldilir.

Nazir ilin əvvəlindən həyata keçirilən sosial islahatlar çərçivəsində minimum əməkhaqqı və minimum pensiyaların, habelə sosial müavinətlər və təqaüdlərin məbləğinin artırıldığını qeyd edib. Bu istiqamətdə olan bütün artımların cari büdcə çərçivəsində ödənilməsinin planlaşdırıldığını söyləyib.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov makroiqtisadi göstəricilərlə bağlı bir sıra məqamlara toxunub.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar Palatanın rəyini təqdim edib. Rəydə Azərbaycan üzrə əsas iqtisadi meyillər, 2023-cü ilin yenidən baxılan dövlət büdcəsinin layihəsinin “Büdcə sistemi haqqında” Qanunun tələblərinə və büdcə qaydasına uyğunluğu, fiskal risklər, 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsi gəlirləri və xərclərinin icra vəziyyəti, yenidən baxılan dövlət büdcəsinin gəlirləri və xərcləri, 2023-cü ilin yanvar-aprel aylarında kəsirin icra vəziyyəti, yenidən baxılan dövlət büdcəsinin kəsiri barədə məlumatlar öz əksini tapıb. Palata sədri, həmçinin “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunlara edilən dəyişikliklərlə bağlı müsbət rəy verildiyini bildirib.

Sonra komitə sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda diqqətə çatdıraraq, ötən ilin büdcəsinin gəlirlərinin və xərclərinin yüksək səviyyədə icra olunduğunu söyləyib.

Təqdim edilən məsələlər ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədrlərinin müavinləri Əli Məsimli, Məlahət İbrahimqızı, Jalə Əliyeva, deputatlar Ziyad Səmədzadə, Səttar Möhbalıyev, Vahid Əhmədov, Vüqar Bayramov, Rauf Əliyev, Elnur Allahverdiyev, Aydın Hüseynov 2023-cü ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklərlə bağlı öz fikir və qeydlərini səsləndiriblər. Deputatlar təqdim olunan qanun layihələrini ümumilikdə müsbət dəyərləndiriblər.

Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deputatların qaldırdığı bir sıra məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda gündəlikdəki qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Liderlərin Naxçıvan görüşü Türk dünyasına milli qürur və birlik hissi bəxş etdi - RƏY

Azərbaycan və Türkiyə su qıtlığına qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirir

Bakıda 21-ci Kosmik Nəsil Konqresinin açılış mərasimi olub

Şəkidə üzərində “Kalaşnikov” gəzdirən, narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 16 nəfər ifşa edilib

MDU-da Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Paytaxtın bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur

ABŞ prezidentliyinə namizəd: Ölkəyə Ukraynadakı münaqişəyə son qoymaq üçün plan lazımdır

Tbilisidəki “Alyans” Gənclər Mərkəzində Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

KXDR parlamenti bir neçə nazir və Mərkəzi Banka yeni rəhbər təyin edib

ABŞ Ssenaristlər Gildiyası beşaylıq tətili dayandırıb

Futbol üzrə İspaniya La Liqasında sürpriz lider

Budapeştdə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub

Daşkənddə anbarlardan birində güclü partlayış və yanğın baş verib

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlar üçün Qərbin ciddi təkliflərini görmür

İtaliya A seriyası: “İnter”in beş oyunluq qələbə seriyası qırılıb

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bolqarıstan mediasında materiallar dərc olunub

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Pakistanda Anım Günü ilə bağlı tədbir keçirib

“Mançester Siti” bu mövsüm ilk dəfə məğlub olub

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dövlət xətti uğurla inkişaf edir

Anım Günü ilə əlaqədar Şirvanda ümumşəhər tədbiri keçirilib

Bakıda “Üzeyir Hacıbəylinin musiqi şah əsərləri” adlı fotosərgi açılıb

İki yüz illik işğal tarixi 44 gündə Qələbə təqvimi ilə əvəzləndi

Azərbaycanın Belarus əsilli Milli Qəhrəmanının xatirəsi anılıb

Rusiya Ruben Vardanyana heç bir hüquqi kömək etməyəcək

Azərbaycan və Rusiyanın XİN başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər

Milli həmrəyliyimizin təcəssümü olan Qələbəmiz tarixdə əbədi qalacaq - RƏY

İraqda Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

Azərbaycan könüllüləri şəhidlərimizi ehtiramla yad ediblər

Anım Günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib

Vətən müharibəsi şəhidlərinin xatirəsi İsraildə də yad edilib

Ombudsman: Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib

Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının birliyinə böyük töhfədir – RƏY

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında olub, şəhidlərin xatirəsini yad edib

Gürcü politoloq: Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” kəlamı əməli işdə də təsdiqini tapdı

Politoloq: Naxçıvan yeni nəqliyyat qovşağına çevrilir

Papa Fransisk: Aralıq dənizi məzar deyil, sivilizasiya və ümid mozaikasıdır

Vətən müharibəsi şəhidlərinin xatirəsi Azərbaycanın Fransadakı səfirliyində anılıb

Anım Günü ilə bağlı ədliyyə orqanlarında tədbirlər keçirilib

Lənkəranda Şəhidlər Abidə Kompleksi ziyarət olunub

Azərbaycandakı dini konfessiyaların rəhbərləri şəhidlərin xatirəsini anıblar

Günay Əfəndiyeva: Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir

Qaradağ rayonunda Anım Günü ilə əlaqədar 300-dən çox ağac əkilib

Şəhidlərin əziz xatirəsi hər zaman hörmət və ehtiramla anılır

Federasiya prezidenti: Tarixi zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir

Şanlı Zəfərimizi təbliğ etmək, şəhidləri və qaziləri gənclər arasında tanıtmaq vacibdir

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir VİDEO

ADU-nun kollektivi Zəfər parkında olub

Pedaqoji Universitetin rəhbərliyi Zəfər parkını ziyarət edib

BDU-nun Hüquq fakültəsində şəhidlərin xatirəsi anılıb

Beynəlxalq konfransın iştirakçıları Qobustan Qoruğunu və palçıq vulkanlarını ziyarət ediblər

Nazir: Azərbaycan normallaşma istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Botanika İnstitutunun gənc alimi beynəlxalq konfransda çıxış edib

“Böyük zəfərdən tam və qəti qələbəyədək” - elmi konfrans

“Qalatasaray”ın qadın futbolçusu: Azərbaycan millisinə qələbə qazandırmaq möhtəşəm hissdir

ANAMA-nın kollektivi Zəfər Parkında və İkinci Şəhidlər xiyabanında olub

Azərbaycanla Türkiyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində tərəfdaşlığı daha da genişləndirəcək

Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsi yad edilib

Daxili İşlər Nazirliyi Anım Gününə həsr olunmuş tədbir keçirib

BDU-nun Qazax filialında Anım Günü qeyd olunub

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkında olublar

Bişkekdə erməni yalanlarını ifşa edən kitab nəşr olunub

Deputat: Qarabağı tərk edən erməni sakinlərlə bağlı aparılan iyrənc təbliğat kənardan idarə olunur

Fizika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Keçmiş döyüşçü: Ağdərədə bayrağımızın asıldığını görmək mənim üçün ifadə edilə bilməyəcək hisslərdir

27 Sentyabr - Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş gün

BDU-da Anım Günü adlı kitab sərgisi təşkil olunub

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini,Dövlət katibinin köməkçisini və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib   YENİLƏNİB VİDEO

Gəncədə Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib

Torpaqlarımız uğrunda DSX-nin şəxsi heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığı unudulmayacaq

Dövlət Komitəsi: Böyük Qayıdış Xankəndidən məcburi köçkün düşmüş azərbaycanlı əhalini də əhatə edəcək

Moldova Konstitusiya Məhkəməsinin sədrinə Ermənistanın mina terroru barədə məlumat verilib

Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini ehtiramla yad edib

BŞTİ müdiri şəhid ailələri ilə görüşüb

Azərbaycan riyaziyyatçıları Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin medalları ilə təltif olunublar

Ordumuzun şücaəti sayəsində separatçılar təslim oldu

Xocavəndlilər şəhidlərin xatirəsini yad ediblər

BDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

ÜST məktəblərdə adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırır

Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər

Şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə onları nümunə göstərmək hamının ən müqəddəs borcudur

Azərbaycan millisinin baş məşqçisi: Komandamızda perspektivli basketbolçular çoxdur

DMX-nin əməkdaşları şəhid olan Vətən övladlarının xatirəsini Zəfər parkında ehtiramla anıblar

Ağalıda şəhidlərin xatirəsi yad olunub

İdman ictimaiyyəti Zəfər parkında olub, şəhidlərin xatirəsi yad edilib

27 Sentyabr - Ali Baş Komandanın qətiyyətli siyasətinin və Ordumuzun gücünün təcəssümü

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Göyçayda Vətən müharibəsi şəhidləri anılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Rusiyalı ekspert: Artıq Bakı ilə Ankaranın geniş müttəfiqliyi inteqrasiya ilə əvəzlənir

AZƏRTAC-ın kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Coğrafiyaçı alim ölkəmizin su təchizatının yaxşılaşdırılması yollarından danışıb

Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiçdən

Bərdə terror qurbanları abidəsinin önündə Anım Gününə həsr olunmuş tədbir keçirilib

Mikrobiologiya İnstitutunun kollektivi II Fəxri xiyabanı ziyarət edib

Sumqayıtda Şəhidlər xiyabanı ziyarət olunub

Mikrobioloq alim Özbəkistanda beynəlxalq elmi konfransda plenar məruzə ilə çıxış edib