CƏMİYYƏT


Parlamentdə komitələrin birgə iclasında bir sıra qanun layihələri müzakirə olunub

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Milli Məclisdə əmək və sosial siyasət, insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda bir sıra qanun layihələri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iclası əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açaraq “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə çıxarıldığını bildirib. Bu mərhələyə qədər sənəd üzərində aparılmış işlər barədə ümumi məlumat verib. Qanun layihəsinə ikinci oxunuşdan sonra edilmiş dəyişikliklərlə deputatları Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev tanış edib.

Müzakirələrdə hər üç komitənin üzvləri rəy və təkliflərini bildiriblər. Fikir mübadiləsini hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekunlaşdırıb.

İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırmaq baxımından İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə də baxılıb. Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitələrin birgə iclasında “Nağdsız hesablaşmalar haqqında” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar 7 qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb. Əmək Məcəlləsinə, “Turizm haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Bələdiyyə qulluğu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara müvafiq dəyişikliyin edilməsi məqsədəuyğun sayılıb və qanun layihələri plenar iclasın müzakirəsinə tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.