SİYASƏT


Parlamentdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Milli Məclisdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, parlamentin komitə sədrləri, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər Milli Məclisin foyesində Heydər Əliyevin abidəsi önünə əkil qoyub, tər çiçəklər düzüblər.

Tədbir iştirakçıları görkəmli siyasi xadimin xatirəsini anıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.