Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası olub

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə 41 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Qeyd edib ki, layihə ilə əlaqədar komitə üzvlərinin 9 təklifi olub və onlar qanun layihəsi təşəbbüskarı subyektinə göndərilib. Bu təkliflərin 5-i razılaşdırılıb və qanun layihəsində öz əksini tapıb. Bildirilib ki, qanunda nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

Sonra komitə sədri “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, qanun Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Digər iki məsələni diqqətə çatdıran Tahir Mirkişili bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) yerli istehsal olunan avtomobillərin 10 il müddətinə əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) isə işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi çərçivəsində texniki vasitələrin və qurğuların istehsalı üçün idxal olunan texnologiyaların gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.

Bu 4 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra gündəlikdəki digər 37 məsələ - Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, İnzibati Prosessual Məcəllədə, Seçki Məcəlləsində, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında, habelə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Kredit büroları haqqında”, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Aqrar sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Publik hüquqi şəxslər haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Hesablama Palatası haqqında”, “Mühasibat uçotu haqqında”, “Dövlət satınalmaları haqqında”, “Reklam haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Büdcə sistemi haqqında”, “Auditor xidməti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “İcra haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Komitə sədri Tahir Mirkişili bu məsələlərlə bağlı fikirlərini açıqlayaraq bildirib ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan artımda bank sektorunun dəstəyi, bu sahəyə investisiyaların qoyulması mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, ölkə Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Mərkəzi Banka verilib. Sərəncamın 2.1-ci bəndində qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulub. Bununla bağlı 37 qanun layihəsindən ibarət paket hazırlanıb, Milli Məclisə təqdim edilib.

Tahir Mirkişili bildirib ki, layihələrdə Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin sayı, üzvlərinin fəaliyyət müddəti və onların səlahiyyətləri ilə bağlı dəyişiklik öz əksini tapıb. Digər düzəlişlərdə pul siyasətinin əsas istiqamətlərində növbəti il üçün inflyasiya hədəfi və ona nail olmaq üçün istifadə olunacaq pul siyasətinin əsas alətlərinə dair məqamlar qeyd olunur. Habelə, ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin (interçeyncin) yuxarı həddinin müəyyən edilməsi ilə bağlı müddəalar ehtiva olunur. Tənzimləmə və nəzarət sahəsinə aid məsələlər ayrıca maddədə müəyyən edilir. Xüsusi tənzimləmə rejiminin prinsipləri, onun tətbiqi ilə bağlı qaydalar, yoxlamaların müddəti və digər bir sıra məqamlar da bu dəyişikliklər sırasında yer alıb.

Sonra Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış edərək, makro-iqtisadi mühitlə bağlı açıqlamalar təqdim edib. O bildirib ki, aprel ayının sonuna olan məlumata əsasən, ölkə üzrə ümumi daxil məhsul (ÜDM) 0,1 faiz, qeyri-neft sahəsində ÜDM isə 3,7 faiz artıb. Qeyd edilib ki, Mərkəzi Bankın gözləntilərinə görə artım 2023-cü ilin sonunda ÜDM üzrə 1,8 – 2 faiz arasında olacaq, qeyri-neft sahəsində isə ÜDM 5,7 faizə çatacaq. Taleh Kazımov illik inflyasiyanın 12,8 faiz təşkil etdiyini və bunun əsasən qiymətlərin artımı ilə bağlı olduğunu söyləyib. Mərkəzi Bankın proqnozlarına əsasən ilin sonuna inflyasiyanın 8,3 faiz olacağını deyib. O, ölkənin strateji valyuta ehtiyatlarının 12 faiz artaraq, 66 milyard ABŞ dolları, Mərkəzi Bankın ehtiyatların 2,2 faiz artaraq 9,2 milyard ABŞ dolları təşkil etdiyini qeyd edib.

Bildirilib ki, ümumiyyətlə, bank sektoru 45,6 milyard manat həcmində aktivlərdən ibarətdir. Kreditin həcmi 4 faiz artaraq 20 milyard manata çatıb, depozit bazasında (hüquqi və fiziki şəxslər) 5 faizdən çox artım olub. Sığorta sektorunda da ötən 4 ay ərzində artımın müşahidə olunduğu, sığorta haqlarının artımının 30 faiz, sığorta ödənişlərində isə 33 faiz artım olduğu nəzərə çatdırılıb. Həmçinin qiymətli kağızlar bazarında da müsbət inkişafın qeydə alındığı söylənilib.

İclasda Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva qanunlara təklif edilən dəyişikliklərin mahiyyəti barədə məlumat verib. Bildirilib ki, qanun layihələrinin əsas məqsədi maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi və effektivliyinin artırılması, mərkəzi bankçılığın hüquqi əsaslarının daha da möhkəmləndirilməsidir. Layihələr üzərində hazırlıq prosesində beynəlxalq təcrübə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyələri nəzərə alınıb.

Diqqətə çatdırılıb ki, Mərkəzi Bankın məqsəd və funksiyalarının genişləndirilməsi ilə bağlı dəyişikliklərdə maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, tənzimləmə və nəzarətin həyata keçirilməsi, ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunması, istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maarifləndirmə işlərinin aparılması kimi funksiyaların əlavə edilməsi təklif olunur.

Bildirilib ki, sənədlərdə Mərkəzi Bankın iqtisadi və əməliyyat müstəqilliyini təmin edən normaların təkmilləşdirilməsinə aid hesabatlılıq, şəffaflıq və məsuliyyət prinsiplərinin əsas götürüldüyü düzəlişlər də nəzərdə tutulub. Habelə, makroiqtisadi sabitliyin və maliyyə bazarlarının sabitliyinin təmin olunması məqsədilə kredit təşkilatları tərəfindən Mərkəzi Bankda saxlanan məcburi ehtiyatlara görə faizlərin ödənilməsi imkanının yaradılması, pul nişanlarının dəyişdirilməsinə dair tələblərin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb. Bununla yanaşı, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin sayının 7-dən 9-a artırılması təklif olunur.

Qeyd olunub ki, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində dəyişikliklərdə yoxlamalarla bağlı bütün prosedurların, o cümlədən yoxlamaların planlaşdırılması, keçirilməsi, tərəflərin hüquq və vəzifələrinin müvafiq qanunvericiliklə tənzimlənməsi, nəzarət subyektlərinin yerli filial, şöbə və nümayəndəliklərinin açılması prosesinin sadələşdirilməsi və digər məsələlər öz əksini tapıb. Eyni zamanda, hesabatların düzgünlüyünün və mötəbərliyinin yerində monitorinqi məqsədilə Mərkəzi Bankın öz əməkdaşları arasından nəzarət subyektlərinə səlahiyyətli nümayəndələr təyin etməsi, maliyyə texnologiyalarının xüsusi nəzarət altında test edilməsi və xüsusi tənzimləmə rejiminin tətbiqinə dair müddəalar ehtiva olunur.

Qanun layihələrində, həmçinin bank olmayan kredit təşkilatlarının, valyuta mübadilə məntəqələrinin fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, kapital bazarının stimullaşdırılması, sığorta bazarının inkişaf etdirilməsi məsələləri ilə bağlı düzəlişlərin də yer aldığı bildirilib.

Sonra komitə sədrinin müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Rüfət Quliyev, Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Mahir Abbaszadə, İqbal Məmmədov, Aydın Hüseynov, iclasda iştirak edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Makromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev çıxış edərək, qanun layihələri barədə öz fikirlərini, bəzi qeyd və təkliflərini söyləyiblər. Çıxışlarda qanunlarda nəzərdə tutulan dəyişikliklər müsbət qiymətləndirilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov öz çıxışında İnzibati Xətalar Məcəlləsində, digər qanunlarda geniş dəyişikliklərin edildiyi, burada “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözlərinin “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edildiyini deyib. Bunun gələcəkdə hesabatlılığın daha yaxşı təmin olunması, şəffaflığın artırılması istiqamətində müsbət addımlar olduğunu söyləyib.

Sonra Mərkəzi Bankın sədri Taleh Kazımov qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

Müzakirələrin sonunda təqdim olunan bu 37 qanun layihəsi də baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Adı dəyişdirilən basketbol klubu Xaçmazı təmsil edəcək

Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb 
Prezident İlham Əliyev forumun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK

Riskli vergiödəyicisi kimdir və riskli əməliyyatlara qarşı mübarizə necə aparılır?

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum - BDU-da elmi seminar

Sentyabrın 29-u Ümumdünya Ürək Günüdür

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başa çatıb

Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcək

Fuad Nəcəfli: Dövlət Proqramına uyğun olaraq Naxçıvanda elektroenergetika sistemi tamamilə yenidən qurulacaq

Çin şirkətləri Azərbaycanda elm tutumlu istehsal müəssisələri yaradılmasına maraq göstərir

ARDNF-də “Uğurlu Səhm” müsabiqəsinin ilkin mərhələsi başa çatıb

Azərbaycan və Fransa parlamentlərinin sədrləri Dublində görüşüblər

Mərhum deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilib CANLI

“Acwa Power” şirkəti ilə yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması müzakirə olunub

Alparslan Bayraktar: Azərbaycan ilə Türkiyə arasında elektrik enerjisinin idxal-ixrac infrastrukturunun yaradılması nəzərdə tutulur

Frilanser kimi çalışan vergiödəyicisinin hansı öhdəlikləri yaranır?

Diplomatımız “Əl-Ərəbiyə” telekanalında Qarabağda antiterror tədbirlərinin zəruriliyindən danışıb

Böyük Teatrın səhnəsində “1001 gecə” baletinin möhtəşəm ifası ilə yaddaqalan tamaşalar böyük maraqla qarşılanıb

Akademik Azad Mirzəcanzadə Azərbaycan elminin və təhsilinin inkişafında müstəsna xidmətlər göstərib

Premyer Liqa: VIII turun hakim təyinatları açıqlanıb

MN: Bir həftədə 199 tank əleyhinə, 94 piyada əleyhinə mina aşkarlanıb

Rəhman Hacıyev: Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik mütləqdir

Energetika naziri: Naxçıvan yaşıl enerjinin istehsalı ilə yanaşı, ixrac mənbəyinə də çevriləcək

Nazir: Almaniyanın “Notus” şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir

Baş nazir Əli Əsədov “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

Pərviz Şahbazov: Azərbaycandan Türkiyəyə 10,2 milyard kubmetr təbii qazın nəql edilməsi nəzərdə tutulub

“İnkişaf etməkdə olan kosmik ölkələr üçün çağırışlar və potensial inkişaf imkanları" mövzusunda seminar işinə başlayıb

Məhkəmə-Hüquq Şurasının növbəti iclasında cari məsələlərə baxılıb

Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçirilir

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollarlıq yardım layihəsini təsdiqləyib

Bu gün Turizm İşçiləri Günüdür

Paytaxtın bir sıra yollarında tıxac yaranıb

“Airbus” Çində istehsalını genişləndirir

ABŞ Müdafiə Nazirliyi kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasını açıqlayıb

Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimi keçiriləcək

Baydenin ən yaxın köməkçiləri məxfi sənədlərlə bağlı dindirilib

ABŞ Ekvador prezidentliyinə namizədin qətlində əli olanlar barədə məlumata görə 5 milyon dollar təklif edib

İspaniyada balıqçı gəmisində bir ton kokain ələ keçirilib

Səkkiz ayda 273 min 750 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası açıqlanıb

Almaniya Kansleri Berlində Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə birgə görüşəcək

Dünyaya qəbul etdirilən Azərbaycan həqiqəti - Açıqlama

Monenin indiyədək sərgilənməmiş rəsm əsəri 65 milyon dollara satıla bilər

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılacaq

Bu ilin yanvar-avqust ayları ərzində 337 min 787 çıxarış verilib

MDU-nun koordinatoru olduğu Erasmus+ layihəsinin növbəti təlimlərinə start verilib

Milli Məclisin sədri: Heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz

Sahibə Qafarova fransalı spikerə: Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüququn prinsiplərinə ziddir

Azərbaycan millisinin Karate1 turniri üçün heyəti açıqlanıb

Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb

UNESCO-da Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr edilmiş fotosərginin açılışı olub

Elçin Əmirbəyov: Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır

Azərbaycan səfiri Kolumbiya Konqresində ölkəmizlə bağlı təqdimatla çıxış edib

Azərbaycan İlahiyyat İnstitutu Tbilisi İlahiyyat Akademiyası və Seminariyası ilə əməkdaşlıq edəcək

Bakı-Quba yolunda iki yük maşını toqquşub, ölən və xəsarət alanlar var

Soçidə MDB ölkələrinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası olub

Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransının açılış mərasimində iştirak edib

Vüqar Rəhimzadə: Qondarma qurumun tarixin zibilliyinə atılması 200 illik erməni layihəsinin darmadağın edilməsidir

Bakıda Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi keçirilir

Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib

Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında Azərbaycana dəstəyin davam edəcəyi bildirilib

Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət nazirini bölgədəki mövcud vəziyyət barədə məlumatlandırıb

Elçin Əmirbəyov: Azərbaycan və Ermənistanın mehriban qonşu olmaqdan başqa yolu yoxdur

Çin Xalq Respublikasının yaradılmasının 74 illiyi münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Şahin Mustafayev: Hazırda Azərbaycan-Çin münasibətləri hərtərəfli inkişaf dövrünü yaşayır

Çin ilə Azərbaycan arasında humanitar və mədəni sahələrdə əməkdaşlıq inkişaf edir

Baş nazir Əli Əsədov Tacikistan Baş nazirinin dəvəti ilə Düşənbəyə işgüzar səfərə gəlib

Azad rəqabət mühitinin formalaşdırılmasında Heydər Əliyevin roluna həsr olunmuş forum keçirilib

Səfir: Çin və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, ənənəvi dostluğu möhkəmləndirir

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası olub

Dövlət Komitəsinin sədri Tbilisidə bir sıra görüşlər keçirib

Gürcüstanda yaşayan soydaşlarımız və şəhid ailələri ilə görüş keçirilib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməli qoyulub YENİLƏNİB VİDEO

Müşavir: Türkiyə Azərbaycanı hər zaman dəstəkləyəcək

Söyüdlüdəki şirkətin fəaliyyətinin bərpasına tələblərdən biri - yeni texnologiyaların tətbiqidir

Prezident İlham Əliyev Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB VİDEO

AHİK-in VI Məclisinin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqə üzrə test imtahanının tarixi açıqlanıb

Jurnalistlər üçün Azərbaycanın xarici siyasəti mövzusunda təlim keçirilib

Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB VİDEO

Allahşükür Paşazadə Təzəpir məscidini inşa etdirmiş xeyriyyəçinin nəvəsi ilə görüşüb

İrpen Humanitar Liseyi ilə Naxçıvanın Şahtaxtı kənd tam orta məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Şirkət rəhbəri: Söyüdlü sakinlərini öncədən məlumatlandırmalı idik

Səudiyyə Ərəbistanının nəşri Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən yazıb

Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan üç nəfəri Rusiyaya təhvil verib

TRASEKA Fondunun sənədlərinin yenidən işlənməsi üzrə İşçi qrupu işə başlayıb

“AzerGold” istiqrazlarının tədavülü uğurla yekunlaşıb

Fövqəladə hallarla bağlı davranış qaydaları barədə ümumtəhsil məktəblərinin direktorlarına məlumat verilib

“Gəncə” klubunun yeni baş məşqçisi: Bu şəhərə layiq komanda quracağıq

Ukrayna ordu üçün 125 mindən çox dron alıb

Prokurorluq orqanları şəhid olmuş əməkdaşlarının ailələrinə hər zaman dəstək olacaq

AZAL Turizm İşçiləri Günü münasibətilə 29 faiz endirim elan edir

Mərkəzi Elmi Kitabxanada keçirilən növbəti “Vikipediya” təlimləri yekunlaşıb

Bəşəriyyətə şölə saçan teatr günəşi