SİYASƏT


Parlamentin deputatları Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər

Bakı, 28 sentyabr, AZƏRTAC

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Rauf Əliyev sentyabrın 29-dan oktyabrın 3-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev QDİƏT PM-in, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev isə Milli Məclisin xətti ilə Bolqarıstanda keçiriləcək parlament seçkilərini izləyəcəklər.

Deputatlar bir sıra seçki məntəqələrində olacaq, orada yaradılmış şəraitə, seçkilərə hazırlığa diqqət yetirəcək, seçki günü prosesin gedişini müşahidə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.