CƏMİYYƏT


Parlamentin gənclər və idman komitəsinin 2018-ci il payız sessiyası üçün iş planı təsdiqlənib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Milli Məclisin gənclər və idman komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ülvi Quliyev əvvəlcə Milli Məclisin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə danışıb. Bildirib ki, komitə bu müddət ərzində uğurlu fəaliyyət göstərib. Hesabat dövründə komitənin 3 iclası keçirilib, bu iclaslarda 5 məsələyə baxılıb. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi kömək göstərilib.

Hesabat dövründə komitəyə 65 vətəndaş müraciət edib, onlardan ikisi elektron müraciətdir. Bunlardan 35-nə nəzarətə alınmaqla baxılıb. Həmin müraciətlər müxtəlif mövzularda olub. Onlardan 42-si həll olunub, 45 müraciət baxılması üçün aidiyyəti təşkilatlara göndərilib.

Sonra Ülvi Quliyev payız sessiyası ərzində görüləcək işlərdən danışıb. Bildirib ki, qarşıdakı sessiyada “Gənclər siyasəti haqqında” Qanuna edilməsi nəzərdə tutulan əsaslı əlavə və dəyişikliklər müzakirə olunacaq. Bundan başqa, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi haqqında qanunlar hazırlanacaq. Həmçinin gənclər və idman sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsində komitənin fəal iştirakı təmin ediləcək.

Komitənin 2018-ci il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2018-ci il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.