İQTİSADİYYAT


Parlamentin komitə sədri: İqtisadi islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir

Bakı, 29 yanvar, AZƏRTAC

Ötən 18 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının böyük hissəsi ölkəmizə aiddir və regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin “YAP-ın yeni proqramında iqtisadi hədəflər” sərlövhəli məqaləsində yer alıb.

Azərbaycanın regionda iqtisadi baxımdan ən müstəqil ölkə olduğunu diqqət çatdıran komitə sədri bildirib ki, 2020-ci ildə pandemiya ilə mübarizədə, Vətən müharibəsi zamanı iqtisadi resurslarımız və müstəqilliyimiz həlledici rol oynayıb.

T.Mirkişili vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının proqramında əsas hədəflərdən biri “Güclü iqtisadiyyat və davamlı inkişaf”dır. Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən islahatların həyata keçirilməsi nəticəsində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi ildən-ilə artır. 2020-ci ildə qlobal pandemiyanın iqtisadiyyata və əhaliyə minimum təsirinə nail olan iqtisadiyyatımızda 2021-ci ildə artıq 5,6 faizlik artım müşahidə edilib.

Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər və qeyri-neft sektorunun inkişafı, işsizliyin, yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində görülən işlər əhalinin sosial rifahını yüksəldir. Eyni zamanda, iqtisadi islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər dövlət büdcəsi vasitəsilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.