CƏMİYYƏT


Parlamentin nümayəndə heyəti Şərur rayonunda Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 24 may, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-23-də Türkiyənin İğdır və Qars vilayətlərinə səfər edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin və Ali Məclisin deputatları, şəhid atası və Vətən müharibəsi qazisi daxildir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti səfər bitdikdən sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna gəlib. Onlar şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri ilə birlikdə Şərur rayonunda Şəhidlər xiyabanını ziyarət edib, qəhrəmanlarımızı anıblar.

Adil Əliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Zəfər yürüşü nəticəsində tarixi torpaqlarımız düşmən işğalından birdəfəlik azad olunub, Vətən torpağında Azərbaycan Bayrağı məğrurluqla dalğalanır. Qardaş ölkəyə səfəri zamanı qazandığımız tarixi Zəfər ilə bütün Türk dünyasının fəxr etdiyinə əmin olduğunu bir daha qeyd edən Milli Məclis sədrinin müavini bu Qələbəyə görə məhz şəhidlərimizə borclu olduğumuzu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.