Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm və bu ali dövləti vəzifədə mühüm fəaliyyətin həyata keçirilməsinin davam etdirilməsində Sizə uğurlar arzulayıram.

Azərbaycan Parlamenti ilə Parlamentlərarası İttifaq arasında genişlənən əməkdaşlığın dəstəklənməsinə xidmət etmiş Azərbaycana ötən il çox səmərəli səfərim zamanı Sizinlə görüşməkdən hədsiz məmnun oldum. Çox şadam ki, bu əlaqələrin möhkəmlənməsi ilə bağlı istək artmaqda davam edəcəkdir.

Zati-aliləri, bir daha səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Martin Çunqonq

Parlamentlərarası İttifaqın baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin