Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Parlaq keçmiş daha parlaq gələcəyin yolunu işıqlandırır VİDEO

Britaniyada nəşr olunmuş kitabda Azərbaycanın uğurlarından bəhs edilir

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycan qədim və gözəl ölkədir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra burada çiçəklənmə və sosial inkişaf dövrü başladı. Erkən çətinlik illərində ölkəyə rəhbərlik edən ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən müdrik siyasi kursun əsasını qoydu. Onun uzaqgörənliyi və liderliyi sayəsində Azərbaycan xalqı yüksək yaşayış standartlarına, mükəmməl iqtisadi perspektivlərə və parlaq gələcəyə malikdir. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə regional səhnədə təhlükəsizlik və əhalinin yaşayış səviyyəsində davamlı inkişaf qeydə alınıb. Onun fəaliyyəti müasir Azərbaycanın möhkəm təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəy və tövsiyələri əsasında Britaniyanın Brooklands New Media şirkəti ilə hazırlanmış “Celebrating The Vision And Leadership Of The President Of Azerbaijan His Excellency Ilham Aliyev And The Future Success Of The Republic Of Azerbaijan” (Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevin uzaqgörənliyi və liderliyi, Azərbaycan Respublikasının gələcək uğurları) adlı kitabın ön sözündə yer alıb.

Kitabda müstəqillik illərində Azərbaycanın keçdiyi inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs olunur, müasir Azərbaycanın “bu dahi və cəsarətli şəxsiyyətin qərarlarının nəticəsi” olduğu vurğulanır. Qeyd olunur ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir.

Nəşrdə vurğulanır: “Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi və siyasi sahələrdə böyük irəliləyişlərə nail olub, əhalinin yaşayış standartını və iş imkanlarını təkmilləşdirmək, mədəni inkişafa nail olmaq üçün səylə çalışıb”. Müəlliflər Prezident İlham Əliyevin fəaliyyəti dövründə əldə olunmuş nailiyyətlərdən söhbət açarkən bu dövr ərzində 531 mini daimi olmaqla 741 min yeni iş yerinin yarandığını qeyd edirlər. Diqqətə çatdırırlar ki, Azərbaycanın ən böyük problemi qaçqın və məcburi köçkünlərlə bağlıdır. İlham Əliyevin hakimiyyəti dövründə 47 min qaçqın və məcburi köçkün üçün ümumi layihə dəyəri 1 milyard ABŞ dolları olan 36 yaşayış məntəqəsi, 34 məktəb və 24 xəstəxana tikilib.

Azərbaycanın strateji mövqeyi ölkənin regional və beynəlxalq nəqliyyat sistemində təbii qovşaq rolu oynamasına imkan verir. Kitabda dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın bu sahədə əldə etdiyi uğurlardan, həyata keçirilən irimiqyaslı layihələrdən, Heydər Əliyev Beynəlxalq Aeroportunun 2014-cü ildə istifadəyə verilən yeni terminalından, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlaxda tikilmiş hava limanlarından, genişlənməkdə olan Bakı Metropoliteninin və dəmiryolu nəqliyyatının inkişafından bəhs olunur. Ölkədə dəniz nəqliyyatının inkişafına da xüsusi diqqət ayrıldığını qeyd edən müəlliflər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsindən söhbət açaraq məlumat verirlər ki, layihənin birinci mərhələsi 2014-cü ildə başa çatıb. Ümumilikdə isə layihənin 2017-ci ildə tamamlanacağı gözlənilir.

Nəşrdə vurğulanır ki, Prezident İlham Əliyev ölkə sənayesini mədənçilikdən aerokosmik sənayeyədək şaxələndirməyə nail olub. 2013-cü ilin “İnformasiya və kommunikasiya texnologiyaları (İKT) ili” elan olunması dövlət başçısının bu sahənin inkişafına olan marağının göstəricisidir. İKT ilində Pirallahı adasında yüksək-texnologiya parkı yaradılıb. 2013-cü ilin fevralında ölkənin ilk kommunikasiya peyki – Azerspace-1 istifadəyə verilib.

2014-cü il isə Prezident İlham Əliyevin sərəncamı ilə “Sənaye ili” elan olunub. İqtisadiyyatın strukturunun müasirləşdirilməsi, qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsi, yeni iqtisadi sahələrdə ixtisaslı kadrların hazırlanması üçün “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və bir sıra digər addımlar atılıb.

İqtisadiyyatın inkişaf etdirilməsi ölkənin idxaldan asılılığının azaldılmasında mühüm rol oynayıb. Müdafiə sənayesinin inkişafı nəticəsində Azərbaycan Silahlı Qüvvələri artıq yerli istehsal olan silah-sursatla təchiz edilib. Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənayesi Parkı qeyri-neft sektorunun inkişafına özünəməxsus töhfələr verir.

Kitabda Azərbaycanın aparılan iqtisadi islahatlara görə Dünya Bankının “Doing Business-2015” hesabatında ilk on ölkə sırasına daxil olması mühüm nailiyyət kimi səciyyələndirilir, eyni zamanda bunu şərtləndirən amillərdən bəhs olunur.

Nəşrin sonrakı bölmələri ölkədə xidmət sahələrinin, xüsusilə bankçılıq və turizm sahələrinin inkişafına həsr edilib. Vurğulanır ki, Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinin qovuşuğunda yerləşməsi, ənənəvi ləziz mətbəxi və təbii landşaftı turizmin inkişafı üçün geniş imkanlar yaradır. Bu potensialdan səmərəli istifadə olunması ölkəyə xaricdən turist axınının artmasını şərtləndirir.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin prioritet istiqamət olduğunu qeyd edən müəlliflər diqqətə çatdırırlar ki, ölkədə kənd təsərrüfatının inkişafı, müxtəlif çeşiddə böyük həcmdə məhsullar yetişdirmək üçün hər cür şərait mövcuddur. Hökumətin aqrar sektorun inkişafına xüsusi diqqət yetirməsi nəticəsində 2000-ci ildən 2011-ci ilədək taxıl məhsullarının istehsal həcmi iki dəfə artıb. Həyata keçirilən şaxələndirmə siyasəti nəticəsində maldarlıq və südçülük sahələrinin inkişafında da nəzərəçarpan irəliləyiş müşahidə edilib.

Prezident İlham Əliyevin uğurlu siyasəti yalnız paytaxtın deyil, bölgələrin də dinamik inkişafına yol açıb. Xüsusən yeni təhsil və səhiyyə müəssisələrinin tikintisi geniş vüsət alıb. Regional inkişafdan bəhs edən müəlliflər son illər 2900 məktəb və 560 səhiyyə müəssisəsinin tikilməsini və ya yenidən qurulmasını buna misal göstərirlər.

Kitabda həmçinin ölkənin zəngin mədəni irsindən, qədim tarixindən, muzeylər və orada qorunan eksponatlardan söz açılır.

Başa çatmaqda olan 2015-ci ildə Avropa və dünya ilin ən böyük idman hadisəsinin şahidi oldu. Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə beynəlxalq idman ictimaiyyətini heyran qoydu. Nəşrdə bu barədə də məlumat verilir və xüsusi vurğulanır ki, Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın yüksək təşkilatçılığı sayəsində ölkədə qısa müddətdə qurulmuş nəqliyyat şəbəkəsi və maddi-texniki infrastruktur Azərbaycanın birinci Avropa Oyunları kimi möhtəşəm tədbirə ev sahibliyi etməsinə imkan yaradıb. 20 idman növü üzrə dünyanın 50 ölkəsindən 6 mindən artıq idmançını öz ətrafına toplayan bu Oyunlardan sonra ölkə 2016-cı ildə Dünya Şahmat Olimpiadası, “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları kimi mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə hazırlaşır.

Prezident İlham Əliyevin gələcək üçün planları da diqqətdən yayınmayıb. Müəlliflər bu baxımdan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq belə nəticə çıxarırlar ki, 2020-ci ilədək Azərbaycan “iqtisadi və siyasi cəhətdən inkişaf etmiş və rəqabətədavamlı ölkə” olmalıdır. Konsepsiyadan buna dəlalət edən sitat gətirilir: “Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizliyin minimum, insan kapitalının üstünlük təşkil etdiyi, ətraf mühitin qorunduğu və hər bir vətəndaşının geniş imkanlara malik olduğu bir ölkə olmalıdır”.

Kitabın sonrakı səhifələrində mövzunun davamlı olaraq qeyd edilir ki, əhalinin rifahı hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Buna görə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz sosial rifahın yaxşılaşdırılması üzərində qurulub. Azad, müstəqil və demokratik cəmiyyətin qurulması prosesi heç zaman bitmir. Konsepsiya bu sahədə gələcək inkişafın yol xəritəsi rolunu oynayacaq.

Nəşrdə, həmçinin Azərbaycanın son illərdə həyata keçirdiyi qlobal enerji layihələrindən biri olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinə dair məlumatlar əksini tapıb. Oxucuların diqqətinə çatdırılır ki, layihənin əsası 2011-ci ilin noyabrında Azərbaycan və Türkiyə hökumətlərinin anlaşma memorandumu imzalaması ilə qoyulub. TANAP Azərbaycanın SOCAR, Türkiyənin BOTAŞ və Böyük Britaniyanın BP şirkətlərinin birgə layihəsidir. Enerji sənayesi tarixində əsas layihələrdən biri olan TANAP Azərbaycanın və Türkiyənin sosial-iqtisadi inkişafına, həmçinin qlobal enerji sektorunda baş verən proseslərə güclü təsir göstərmək iqtidarındadır.

Kitabın bölmələrindən biri “SOCAR: nailiyyətlər və gələcək uğurlar” adlanır. Burada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tarixi və fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verilir. Şirkətin xaricdə, xüsusən Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə daimi nümayəndəliklərinin fəaliyyət göstərdiyi, həmçinin ölkənin sosial və mədəni həyatında yaxından iştirak etdiyi qeyd olunur.

Gələn il Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 ili tamam olacaq. Kitabda bu illər ərzində ölkənin keçdiyi inkişaf yolu, 2003-cü ilədək ümummilli lider Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində əldə olunmuş iqtisadi və siyasi nailiyyətlər ümumiləşdirilir. Belə bir yekun nəticə çıxarılır ki, müstəqillik illərində qarşıya çıxan çətinliklərə baxmayaraq, hökumət ölkənin iqtisadi və siyasi sabitliyinə nail ola bilib.

Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafını və ölkədə baş verən mühüm hadisələri əks etdirən fotoşəkillərlə müşayiət olunan nəşr bu sonluqla tamamlanır: “Azərbaycan tarixən “odlar yurdu” kimi tanınıb və bu ad bu gün də özünü doğruldur. İlham Əliyevin nümunəvi və müdrik rəhbərliyi nəticəsində Azərbaycanı parlaq gələcək gözləyir. Parlaq keçmiş daha parlaq gələcəyin yolunu işıqlandırır”.

Parlaq keçmiş daha parlaq gələcəyin yolunu işıqlandırır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib