DÜNYA


Partiya sədri seçicilərə minnətdarlıq edib

Tbilisi, 28 noyabr, AZƏRTAC

Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, B.İvanişvili partiyanın qərargahında keçirdiyi brifinqdə vətəndaşlara müraciət edərək deyib: “Hökumət sizin xidmətinizdə olacaq və etimadınızı doğrultmaq üçün mümkün olan hər şeyi edəcək. Cəmiyyətimizə və fədakarlıqla iş aparmış komandaya çox minnətdaram”.

Gürcüstanın Baş naziri Mamuka Baxtadze də seçicilərə göstərdikləri fəallığa görə təşəkkürünü bildirib. O, Salome Zurabişvilini əldə etdiyi yüksək nəticə münasibətilə təbrik edib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə əsasən, hakim partiyanın dəstəklədiyi namizəd S.Zurabişvili səs çoxluğu ilə irəlidədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.