İDMAN


“Partizani” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

Bakı, 10 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 10-da Albaniyada keçiriləcək “Partizani” - “Qarabağ” oyunu üçün komandaların start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Tiranadakı “Selman Stermazi” stadionunda keçiriləcək görüşdə Ağdam təmsilçisinin heyətində 11-likdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Abbas Hüseynov, Miçel, Riçard Almeyda, Filip Ozobiç, Dani Kintana, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

Meydan sahibi “Partizani”nin heyətində isə meydana Alban Hoca, Eqzon Belika, Erald Çinari, Yasir Asani, Bruno Teluşi, Esat Mala, Labinot İbrahimi, Ersin Hakay, Uilyam Kordeyro, Eneo Bitri və Emmanuel Mensah çıxacaqlar.

Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Oyun islandiyalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Baş hakim Holvardur Arnasona Yohann Qunnar Qudmundsson və Andri Viqfüsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Petur Qudmundsson yerinə yetirəcək.

Cavab matçı bir həftə sonra oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.