İQTİSADİYYAT


Partlayıcı sursatların təhlükəsinə dair seminar keçirilib

Partlayıcı sursatların təhlükəsinə dair seminar keçirilib

Bakı, 10 mart, AZƏRTAC

Energetika Nazirliyində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əldə edilmiş razılığa əsasən, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təhlükəsinə dair “təlimçilərin təlimi” formatında seminar keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, seminarda ANAMA-nın ekspertləri tərəfindən təqdimatla çıxış edilib, partlayıcı sursatlar nümayiş olunub, mina hadisələrinin qarşısının alınması, təhlükə riskinin azaldılması üçün nazirliyin əməkdaşlarına təhlükəli ərazilərin əlamətləri, partlayıcı sursatların aşkarlanması, təhlükəli ərazilərdə davranış və ümumi təlimatlandırma qaydaları haqqında məlumat verilib.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, təlim iştirakçıları test edilib və testi uğurla keçmiş iştirakçılara sertifikatlar təqdim olunub.

Təlimdə Energetika Nazirliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.