REGİONLAR
Partlayışla əlaqədar zərər görən Xızı sakinləri üçün yeni mənzillərin tikintisi yekunlaşmaq üzrədir VİDEO




Xızı, 7 noyabr, Elxan Yusifli, AZƏRTAC
Müdafiə Nazirliyinin Xızı rayonunun ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar evlərinə zərər dəyən sakinlər üçün tikilən yeni mənzillər noyabrın sonunadək hazır olacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən Giləzi qəsəbəsində tikilən üç evin hazırda dam örtüyü vurulur.
Xızı Rayon İcra Hakimiyyəti başçısının Giləzi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aydın Dadaşov AZƏRTAC-a müsahibəsində bildirib ki, hadisə ilə əlaqədar dövlətimizin başçısının tapşırığına əsasən yaradılan komissiya əraziyə baxış keçirdikdən sonra 10 evə ciddi ziyan dəydiyi müəyyənləşdirilib. Oktyabrın əvvəlindən qəsəbədə üç evin yenidən tikilməsinə, digərlərinin isə əsaslı təmirinə başlanılıb.
Tikintisi aparılan 3 evlə yanaşı, partlayışdan ziyan görən digər 7 ev, eləcə də 4 tövlə və 1 hasar artıq bərpa olunub.