ELM VƏ TƏHSİL


“Paşa Həyat Sığorta” ASC-nin BDU tələbələri üçün növbəti təlimi

Bakı, 12 noyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə “Paşa Həyat Sığorta” ASC arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq tələbələr üçün “Layihələrin idarə olunması” mövzusunda növbəti təlim keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrə əmək bazarında layiqli yer tutmaq üçün ideyaların layihəyə çevrilməsi, layihə yazılışının mərhələlərini öyrənməyin vacib olduğunu deyib. O, sektorun həyata keçirdiyi çoxsaylı təlimlər barədə məlumat verib və tələbələrə bu təlimlərdən yararlanmağı tövsiyə edib.

“Paşa Həyat Sığorta”nın Layihələrin idarə olunması və biznes proseslərin optimallaşdırılması departamentinin əməkdaşı Ayşən Qarayeva layihələrin idarə olunmasının karyera yüksəlişində rolu barədə iştirakçıları məlumatlandırıb. O, əmək bazarında bu sahəyə olan tələbin daha da artdığını qeyd edib.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.