İQTİSADİYYAT
“Paşa Sığorta” şirkəti sığorta bazarında liderliyini davam etdirir
Bakı, 14 iyun (AZƏRTAC). Bu ilin yanvar-may aylarında toplanmış sığorta haqlarının həcminə görə bazarın lideri “Paşa Sığorta” şirkəti olmuşdur. Şirkət 5 ayda 31 milyon manat sığorta haqqı toplamışdır.
Sonrakı yerləri tutan “Atəşgah Həyat” şirkətinin yığımları 20,2 milyon manat, “Paşa Həyat” şirkətinin yığımları isə 19,5 milyon manat təşkil etmişdir. Bu göstəriciyə görə ilk beşliyi “Azərsığorta” (17,4 milyon manat) və “AzSığorta” (15,1 milyon manat) şirkətləri tamamlayır. Bazarın 55,2 faizi ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.
Ümumilikdə, 28 sığorta şirkətinin 7-də sığorta haqlarının həcmi 10 milyon manatdan artıq, 4 şirkətdə 5-10 milyon manat arasında, 11 şirkətdə 1-5 milyon manat arasında, 6 şirkətdə isə 0,5 milyon manatdan aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]