Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər

Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər

Bakı, 17 sentyabr, AZƏRTAC

Hesab edirdilər ki, N.Paşinyanın Moskvaya səfərində ciddi məsələlər üzrə hansısa razılıq əldə olunacaq. Erməni KİV-ləri danışıqlardan sonra məhz bu müstəvidə məlumatlar yaymağa başlayıblar. N.Paşinyanın özü də iki məsələni – Ermənistanın daxili işlərinə qarışmamağı və Dağlıq Qarabağ münaqişəsində təxribatlara yol verməməyi müzakirə etdiyini bəyan edib. Guya hər iki məsələdə V.Putinlə eyni mövqedə olduqlarını aydınlaşdırıblar. Bundan əlavə, erməni baş nazir V.Putinə Rusiya qazının əhaliyə neçəyə satıldığı haqqında “qiymətli” informasiya verib. Rusiya Prezidenti “təəccüblənib”: Ermənistan əhalisinə qaz niyə baha satılır? Bütün bunlar, əslində, başqa məqamlar üzərində düşünmək üçün əsas verir. Belə görünür ki, danışıqlarda qəti heç nə əldə edilməyib. Moskva əvvəlki kimi N.Paşinyana inanmır, onun siyasətindəki qeyri-müəyyənliklərdən narahatdır. Həmin kontekstdə baş nazir N.Paşinyanın uğursuz Moskva səfəri üzərində daha geniş dayanmağa ehtiyac görürük.

Ənənəvi problemlər: vassal Ermənistanın narazılıqları

Ermənistanın baş naziri N.Paşinyanın Moskvaya səfərini erməni və Rusiya KİV-ləri geniş işıqlandırıb. Səfər ərəfəsi aydın idi ki, V.Putinin rəsmi İrəvana ciddi sualları meydana gəlib. N.Paşinyan siyasi kursu haqqında növbəti dəfə havadarına hesabat verməli idi. Rusiyalı ekspertlərin rəyləri göstərirdi ki, Kreml bütövlükdə İrəvanın davranışlarından narazıdır. Bu narazılığın Putin-Paşinyan müzakirələrinə öz damğasını vuracağı proqnozlaşdırılırdı. Proqnoz özünü doğrultdu.

Əvvəlcə qeyd edək ki, Ermənistan tərəfi də müəyyən narazılıqlarını bildirirdi. İrəvan Rusiyanın Azərbaycanla əməkdaşlığını genişləndirməsinə etiraz edir. Bununla yanaşı, Qərblə münasibətlərində sərbəstlik arzulayır. Özü də hərbi də daxil olmaqla, bütün istiqamətlərdə ABŞ və Avropa ilə dərin əməkdaşlıqdan bəhs edirdilər. Moskva isə bütün bunlara həssaslıqla yanaşır və Ermənistan rəhbərliyindən izahat tələb edirdi. Həmin sırada Ermənistanda Rusiyaya yaxın olan siyasi qüvvələrin sıxışdırılması və bir neçə nəfərə qarşı cinayət işinin açılması ayrıca əsəbilik yaradır. İttiham edilənlər sırasında keçmiş prezidentlərdən olan Dağlıq Qarabağ separatçısı R.Koçaryan da vardır. V.Putin şəxsən onunla avqust ayının sonunda telefon əlaqəsi yaratmışdı.

Ermənistanda ekspertlər bu hadisəni Rusiyanın R.Koçaryana açıq siyasi dəstəyi kimi qiymətləndirirlər. N.Paşinyan isə jurnalistlərə müsahibəsində V.Putinin şəxsi münasibətlərə yüksək qiymət verdiyindən R.Koçaryana zəng etdiyini ifadə etmişdi. Burada N.Paşinyanın ikibaşlı danışdığını vurğulayırlar. Birincisi, demək istəyir ki, V.Putini Ermənistanın müstəqilliyi və dövlətçiliyi deyil, buradakı əlaltıları ilə şəxsi münasibətlərinin taleyi maraqlandırır. Bütövlükdə V.Putin şəxsi münasibətlər adı altında, əslində, Rusiyanın imperialist maraqlarını güdür. İkincisi, R.Koçaryana zəng onun istintaqdan yayına bilməsinə əsas vermir. Çünki V.Putin dost saydığı adamla hal-əhval tutub!

Təbii ki, N.Paşinyanın bu izahının öz əsasları vardır. O da ondan ibarətdir ki, erməni baş nazir başının üstünü almaqda olan qara buludları hiss edir. O, müxtəlif manevrlərlə ictimaiyyətə (başlıca olaraq erməni cəmiyyətinə) elə bir təhlükənin olmadığını çatdırmağa çalışır. Konkret olaraq guya Rusiya rəhbərliyi ilə münasibətləri kifayət qədər konstruktiv və erməni dövlətinin maraqlarına uyğun məcradadır.

Danışıqlar haqqında N.Paşinyanın özünün dedikləri isə real durumun fərqli olduğunu göstərməkdədir. Belə ki, erməni baş nazir ifadə edib ki, V.Putinə iki məqamı çatdırıb. Birincisi, Moskva Ermənistanın daxili işlərinə qarışmasın və münasibətlər bundan sonra həmin prinsip üzərində qurulsun. İkincisi, Ermənistan Dağlıq Qarabağda Rusiya tərəfdən təxribat gözləyir və İrəvan buna sərt cavab verəcək. Hansı qüvvə ilə? Görünür, N.Paşinyan bu məsələdə Qərbdən müəyyən təminat aldığını V.Putinə çatdırmaq istəyib.

Bu məqamlar birbaşa geosiyasi xarakterli olduğundan üzərində geniş dayanmağa dəyər. Öncə vurğulayaq ki, N.Paşinyan yenə də qeyri-səmimilik nümayiş etdirir. O, həqiqi məqsədini ört-basdır etmək üçün müəyyən bəhanələr uydurur. Çünki forpost Ermənistan supergüc sayılan və hətta Yaxın Şərqdə hərbi-geosiyasi təşəbbüsü ələ alan Rusiyanın qarşısında heç bir şərt qoya bilməz. Moskva ABŞ-ın və Avropanın böyük dövlətlərinin şərtlərini qulaqardına vurur, o ki qaldı Ermənistan!..

Eyni zamanda, V.Putin kifayət qədər xarizmatik liderdir. O, lazımi səviyyədə sərt, konkret və birbaşa fikirlə qarşı tərəfə mövqeyini bildirir. Bu, V.Putinin apardığı danışıqlarda dəfələrlə öz təsdiqini tapıb. İndi təsəvvür edin: vassal Ermənistanın siyasi taleyi və mövqeyi dəqiq olmayan siyasətçisi V.Putin qarşısında “şərtlər” qoyur! Deyir ki, bizim daxili işlərimizə qarışmayın, özümüz necə istəyirik o cür də daxili siyasət yeridəcəyik.

Qürurlu və güclü Moskva: siyasət davam edir...

Əslində isə Ermənistanın özünün daxili siyasəti yoxdur axı! Bütün göstərişlər Moskvadan verilir. Lokal qərarlar üçün isə geniş siyasi sərbəstliyi heç kimsə məhdudlaşdırmayıb. V.Putin yəqin ki, elə bu ruhda da N.Paşinyanı sakitləşdirib ki, sizin daxili işlərinizə Kreml qarışmayacaq, çünki bu elə Kremlin özünün daxili işidir. Yəni, N.Paşinyanın birinci iddiasının real əsası yoxdur.

Erməni “inqilab” rəhbərinin ikinci məsələ kimi təqdim etdiyi Dağlıq Qarabağda təxribatı Rusiyanın törətmək istəməsi isə çox gülməlidir. Əgər Rusiya elə bir fikrə düşsə, yüz Ermənistan belə vəziyyətə təsir edə bilməz. Digər tərəfdən, təxribat Rusiyanın nəyinə lazımdır? Rusiya üçün (elə İran üçün də) hazırda sabitlik, sakitlik daha önəmlidir. Çünki Qərb hər tərəfdən onu sıxışdırır. Rusiyaya sadiq olan Abxaziyanın baş nazirinin və yenə də Moskvaya loyallığı ilə seçilən Moldova Prezidenti İ.Dodonun yol qəzasına düşməsi, Donetsk separatçılarının lideri A.Zaxarçenkonun sui-qəsddə öldürülməsi təsadüfi hadisələr deyil. Moskva situasiyanın nəzarətdən çıxmasına yol açan proseslərə rəvac verməz.

Dağlıq Qarabağda hər hansı təxribat da Moskvanın əleyhinə işləyər. Deməli, əslində, N.Paşinyan V.Putinə demək istəyir ki, Dağlıq Qarabağda ermənilər növbəti təxribat törədər ki, bu da Moskvanı pis vəziyyətə salar. Təbii ki, bunu Rusiya rəsmiləri bizdən çox yaxşı anlayırlar.

Digər tərəfdən, Qərbin gizli məsləhəti ilə N.Paşinyan dolayısı ilə V.Putini Azərbaycanla Ermənistan arasında seçimə “təhrik etməyə” çalışır. Yəni, əgər Moskva İrəvanı Qərblə Rusiya arasında tərəddüd etməkdə ittiham edirsə, N.Paşinyan da Kremli Ermənistanla Azərbaycan arasında manevrlər etməkdə günahlandırır. Və deyir ki, ya ikimiz də eyni oyunu oynayaq, ya da birlikdə bir oyun qaydası tətbiq edək. Bu isə diplomatik dildən adi dilə çevriləndə Ermənistanın Rusiyaya ultimatumu, onunla özünü eyni geosiyasi və siyasi statusda olduğunu nümayiş etdirməsi deməkdir.

V.Putinin Rusiyanın forpostundan bu cür təhdid xarakterli “şərtlərə” münasibəti necə ola bilər? Əslində, biz onu Ermənistanda yaxın gələcəkdə baş verəcək siyasi proseslərin məzmununda görəcəyik. Ancaq təbii ki, təcrübəli siyasətçi olan Rusiya Prezidenti N.Paşinyanı “yola verib”. Bunu həm də Ermənistan əhalisinə qaz satışı məsələsində də görmək mümkündür. N.Paşinyan deyir ki, V.Putinin qazın Ermənistana neçəyə satıldığı haqqında dəqiq informasiyası olmayıb. Rusiya Prezidenti elə bilib ki, “Qazprom” əhaliyə güzəştlə qaz satır, əsl həqiqətdə isə güzəşt Ermənistanın qaz şirkətinə edilirmiş. İndi V.Putin “məlumatsızlığını” aradan qaldıraraq, təbii qazın əhaliyə güzəştlə satılması məsələsini qaldıracaq.

N.Paşinyan ya sadəlövhdür, ya axmaq, ya da növbəti dəfə hiyləgərcəsinə və V.Putinə “sataşmaqla” danışır. Ukrayna, Belarus, Qazaxıstan nümunələri göstərib ki, Moskva neft və qaz siyasətini çoxdandır ki, geosiyasi kursunun ayrılmaz hissəsi kimi aparır. Yəni, bu məsələdə hər şey zərgər dəqiqliyi ilə hazırlanır və ümumi razılıq əsasında həyata keçirilir. Rusiya belə məsələlərdə qardaşı olan Belarusa belə güzəştə getmir, öz xeyrindən imtina etmir. Baxmayaraq ki, A.Lukaşenko dəfələrlə məsələ qaldırıb, V.Putin onunla söhbət edir, sakitləşdirir və hər şey yenə də əvvəlki kimi qalır. Hər halda, indiyə kimi belə olub. İndi V.Putin Ermənistan əhalisinə qazı Rusiyanın neçəyə satdığını bilmir və ya forpost Ermənistanın tələbi ilə mövqeyini dəyişəcək? Şübhəsiz, mümkündür ki, qazın qiymətində ermənilərə güzəşt olsun, ancaq onun əvəzində birbaşa və ya dolayı yolla itkini ardan qaldıran hansısa yeni tələb meydana çıxacaq!

Bunlar göstərir ki, N.Paşinyanın Moskva səfəri iki ölkə arasındakı münasibətlərin dəyişməsinə heç bir təsir göstərməyib. Problemlər qalır, Ermənistanın vassallığı davam edir. Eyni zamanda, Kreml N.Paşinyanın siyasi taleyi ilə bağlı da müsbət bir fikrə gəlməyib. Bütün bunların əyani təsdiqini İrəvan ağsaqqallar şurasına üzvlərin seçkisindən sonra görəcəyik. Mümkündür ki, həmin seçkilər indiyə qədər Rusiya ilə Ermənistanın pərdəarxası qurduqları ssenarinin ifşasının başlanğıcı olsun!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aynur Sofiyeva: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir

Ötən gün 5,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsidir ŞƏRH

Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib

COP29-un prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir VİDEO

Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur

Azərbaycan neftinin qiyməti artıb

ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır

DİN: Ötən gün 69 cinayətin açılması təmin edilib

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir

"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB