SİYASƏT


Paşinyan gerçəkliyi qəbul etmək istəmirsə, bunun əzabına da qatlaşacaq VİDEO

Paşinyan gerçəkliyi qəbul etmək istəmirsə, bunun əzabına da qatlaşacaq VİDEO

Goranboy, 10 oktyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Nikol Paşinyanı bütün dünya qarşısında ifşa etdi.

Bu sözləri AZƏRTAC-ın cəbhə xəttinə ezam olunmuş müxbirinə Goranboy rayon ağsaqqalı Adil Rzayev deyib.

Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhədə uğurlar qazandığını deyən A.Rzayev bildirib ki, dövlətimizin başçısı oktyabrın 9-da xalqa müraciətində ordumuzun torpaqlarımızın işğaldan azad olunmasında necə qətiyyətli olduğunu bir daha ifadə etdi: “Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi cavabla ona layiq olduğu yeri göstərdi. Azərbaycan Prezidenti bütün xalqın iradəsini ifadə edərək Paşinyana gözəl cavab verdi və onu yerinə oturtdu. Onun simasını dünyaya və ermənilərə göstərdi ki, Paşinyan erməni xalqını da özü ilə bərabər uçuruma yuvarladı. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bütün torpaqlarımızı işğaldan azad edəcəyik. Hər kəs istərdi ki, bu, sülh yolu ilə olsun. Amma Paşinyan gerçəkliyi qəbul etmək istəmirsə, bunun əzabına da qatlaşacaq. Necə ki, son günlərdə ona verilən dərs buna sübutdur. Biz goranboylular Ali Baş Komandanın xalqa müraciətini yüksək əhval-ruhiyyə ilə dinlədik. Hər birimiz Prezidentimizi dəstəkləyirik və onun yanındayıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.