Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Bakı, 19 sentyabr, AZƏRTAC

Siyasət ciddi məşğuliyyətdir və məsuliyyəti böyükdür. Lider öz təmkini, rasionallığı, siyasi uzaqgörənliyi və diplomatik peşəkarlığı ilə uğur qazana bilər. Dünya tarixində bunun gözəl nümunələri mövcuddur. Bu barədə kifayət qədər yazılıb. Bunun əks tərəfi də vardır. Bəzən hansısa bir ölkədə hakimiyyətə elə qəribə adamlar yiyələnirlər ki, onları siyasətçi adlandırmaq belə riskli olur. Nikol Paşinyan bütün kimliyi və siyasi davranışları ilə ikinci qrupa aiddir. Küçədə hay-küy salıb, Ermənistana baş nazir olan adam, qətiyyən dəyişmir. O, meydanda necə və nədən danışırdısa, hökumət iclaslarında da ondan bəhs edir. Bəzən darıxıb mitinq çağırır və oradan insanları güldürən “inqilabi fikirlərini” bir daha ərz edir. Bu bağlılıqda N.Paşinyanın son zamanlar Azərbaycan Prezidenti haqqında sayıqlamaları daha gülünc görünür. Onlara fikir verməmək olardı. Ancaq kütlə psixologiyası elədir ki, ona bəzi məqamları anlatmasan, yalana uya bilər. Bunları nəzərə alaraq, N.Paşinyanın siyasi kimliyi və bivec liderliyinin üzərində bir qədər geniş dayanmağı lazım bildik.

Siyasi naşılıq: bədəlini erməni xalqı ödəyir

Ermənistanın yeni baş naziri Nikol Paşinyan növbəti dəfə siyasi səviyyəsinin primitiv olduğunu nümayiş etdirdi. O, hakimiyyətə yiyələnmək üçün küçələrdə hansı ritorikadan istifadə edirdisə, baş nazir kimi də eyni ritorikadan faydalanmağa çalışır. Küçə populizmi və bəsit siyasi “biclikləri” sevir. N.Paşinyan meydanlarda yüksək bəlağətlə vədlər verirdi, onun təqdimatında Ermənistan qısa müddətdə “böyük uğurlar” əldə etməyə qadir dövlət kimi göstərilirdi. Ancaq artıq 100 gündən çoxdur ki, N.Paşinyan hakimiyyətdədir, Ermənistan nəinki bir addım irəli atıb, hətta daha qeyri-müəyyən vəziyyətdədir, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir.

Belə bir vəziyyətdə müəyyən siyasi səviyyəsi olan hökumət başçısı mütləq səmərəli nəticələr verə bilən və konkret proqrama əsaslanan planlarını ortaya qoyardı. N.Paşinyanın gücü ona çatır ki, onun yanına ölkədəki vəziyyətlə bağlı hesabat verməyə gələnlərə desin ki, “bunlar çox dəhşətli şeylərdir, gedin başqasına danışın”. Təsəvvür edin, meydanda insanlara ağızdolusu “qəhrəmanlıqdan” dəm vuran adam hakimiyyət məsuliyyətini qətiyyən hiss etmir. Ölkənin problemlərini ona danışan rəhbər şəxslərə deyir ki, “mən pis oluram, gedin bu iyrənclikləri başqasına danışın”! Əgər bir siyasi lider dövlətin və cəmiyyətin mürəkkəb problemlərini həll etməyəcəksə, hakimiyyətə hansı məqsədlə yiyələnib?

Bu sualın cavabı aydındır. N.Paşinyan öz hərəkətləri ilə faktiki olaraq ona cavab verib. Onun başlıca məqsədi hakimiyyətdə çox qalmaq, varlanmaq və yolu üstündə olan siyasi rəqiblərini məhv etmək, bunun üçün təcrübədən çıxmış populist xətti tutmaqdır. Məsələn, N.Paşinyan meydana çıxıb deyir ki, Ermənistanda korrupsiya baş alıb gedir, onunla mübarizə aparılır, lakin elə qüvvələr var ki, ciddi maneçilik törədirlər. Dəqiq ifadə etsək, əvvəlcə problemi deyir, sonra onu həll etməyə çalışdığı təəssüratı yaradır, daha sonra isə “bədnam qüvvələrin” ona maneçilik törətdiyindən problemləri həll edə bilmədiyinə haqq qazandırmağa cəhd göstərir.

Bunların fonunda isə gah havadarlarını, gah siyasi rəqiblərini, gah da “aqressiv” Azərbaycanı ittiham edir. Bunlardan başqa N.Paşinyanın danışıqlarında fərqli məntiqə rast gəlinibmi? Gəlinməyib, gəlinməyəcək də. Budur, o, əvvəlcə oğlunu afişa edərək əsgərliyə göndərdi. Ünvan da dedi: Dağlıq Qarabağ! Bununla özünün vətənpərvər obrazını yaratmağa çalışdı. Əvvəlcə ermənilər ona inandı. Sonra isə kiçik Paşinyanın Dağlıq Qarabağ sərgüzəştləri yavaş-yavaş erməni KİV-lərində işıqlandırıldı. İndi mətbuat yazır ki, oğul Paşinyan Xankəndidə villa tutub, İrəvandan pul göndərirlər və onu qorumaq üçün ayrıca hərbi bölük veriblər. Gədə, ümumiyyətlə, sadə ermənilərin qulluq etdiyi hərbi hissəyə ayaq basmır, Azərbaycan Ordusunun atəş məsafəsinə isə qətiyyən yaxın gəlmir. Bəs, bu uşaq ora nəyə gedib?

Ermənistan mətbuatının yazdığına görə, uşaq Xankəndidə eyş-işrət içindədir. Vaxtını keçirmək üçün müxtəlif əyləncə tədbirləri təşkil edir. İrəvandan isə ona kifayət qədər pul-para göndərirlər. İndi “əsgər Paşinyan” erməni silahlı dəstələrində vaxtının nə zaman bitəcəyini gözləyir. O, tərxis günlərini sayır.

Uğursuzluğun sirri: qeyri-peşəkar, ədalətsiz, səviyyəsiz siyasətçinin macəraları

Baz nazir Nikol Paşinyan isə yenə də öz ənənəvi ampluasındadır. O, Ermənistanın bir dövlət kimi heç olduğunu dünyaya sübut etməkdədir. Son olaraq Rusiyaya etdiyi biabırçı səfərinin təəssüratlarından hələ erməni cəmiyyəti xilas olmayıb. İnsanlar bir daha əmin oldular ki, N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsini həll etməyə nə gücü var, nə hərbi imkanı yetərlidir, nə də lazımi səviyyədə diplomatiyası yoxdur. Bu səbəbdəndir ki, Ermənistan getdikcə daha qeyri-müəyyən situasiyaya düşür.

Azərbaycan isə böyük uğurlarını qazanmaqda davam edir. İlham Əliyev böyük ustalıq və uzaqgörənliklə bir-birinin ardınca səmərəli addımlar atır. İndi Azərbaycan rəhbəri ilə dünyanın bütün böyük dövlətlərinin başçıları danışıq aparmaqda və qarşılıqlı faydalı əməkdaşlıq etməkdə maraqlıdırlar. Bu barədə onlar dəfələrlə açıq fikir bildiriblər.

Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Milli Ordusunun və Bakının işğaldan azad edilməsinin yubileyləri göstərdi ki, ölkədə çox güclü ordu formalaşdırılıb. Bütün hərbi sahələr üzrə peşəkar kadrlar və müasir silahlar vardır. Nümayiş etdirilən silahlar (onlar mövcud olanların yalnız kiçik bir hissəsidir) Ermənistana açıqca sübut etdi ki, ondan qat-qat güclü Azərbaycan Ordusu vardır!

Bütün bunları sadə ermənilər də görürlər. N.Paşinyan isə çox arzuolunmaz psixoloji vəziyyətə düşür və özünə haqq qazandırmaq üçün yeni yollar axtarır. Onun yolu qarayaxma, şər-böhtan və iftiradır. Budur, növbəti dəfə Azərbaycan Prezidentinə qarşı iftira kampaniyasına start verib. O, İlham Əliyevin oğlunun ön cəbhədə qulluq etməli olduğunu deyir. Bunun fonunda isə Azərbaycan dövlət başçısına böhtanlar atır. Reallıq isə tamamilə fərqlidir.

Biz televiziya kadrlarından gördük ki, Azərbaycan Prezidentinin oğlu çox yüksək hərbi intizama malik hissədə qulluq etməyə başlayıb. Onun andiçmə mərasimini bütün dünya izlədi. Uca boylu və fiziki cəhətdən hazırlıqlı igidlər səf-səf düzülüb, öz Vətən borcunu yerinə yetirməyə and içdilər. Onların sırasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də vardı. Heydər Əliyevin duruşu, hərbi cərgədə addımları, əsgər kimi baş verənlərə reaksiyası göstərdi ki, yüksək səviyyəli hərbi hazırlıq keçir və çox gözəl də onu mənimsəyir. Yəni, əyani surətdə göründü ki, Azərbaycan Prezidenti oğlunu ən çətin hərbi xidmət sahəsinə göndərib və onun bir əsgər kimi tam hazırlıqlı olacağına qətiyyən şübhə yoxdur.

Andiçmə mərasimində Azərbaycan Prezidenti və ölkənin birinci xanımı böyük səmimiyyətlə digər əsgər valideynləri ilə söhbət etdi, birgə şəkil çəkdirdilər. Bunlar onu göstərdi ki, xalq öz Prezidentini çox sevir və ona böyük hörmətlə yanaşır. Prezident və ailəsi də xalqa çox yaxındır, onunla birgədir, xalq və dövlət üçün çalışırlar. Əsgər Heydər Əliyev isə sadə və zəhmətkeş gənc kimi cəmiyyətdə çoxdandır tanınır.

Bununla N.Paşinyan bu raundu da böyük hesabla uduzdu. Onun yalançılığı və böhtançılığı məğlubiyyəti üçün zəmin hazırladı. Təbii ki, bir insan kimi N.Paşinyan kimsənin vecinə deyil. Ancaq onun hər çətin vəziyyətə düşəndə Azərbaycan rəhbərliyinə qarşı iftira uydurmağa çalışması da qəbul edilən deyil. Bu, nə siyasi etiketə sığır, nə də reallığı əks etdirir. Buna görə də N.Paşinyanın siyasi hakimiyyətinin iflası qaçılmazdır. Bu barədə artıq Ermənistan KİV-lərində yazılar dərc olunur. Ermənilər də N.Paşinyanın “siyasi şoumenliyini” indi yaxşı dərk edirlər.

Baş nazir kimi Azərbaycana “hədə-qorxu” gəlməyə çalışan həmin zavallı, dərhal həyat yoldaşını Dağlıq Qarabağa göndərib və oradan Azərbaycan qadınlarına müraciət göndərtdirib ki, müharibəyə imkan verməsinlər. Necə deyərlər, bir tərəfdən “hürür” ki, qorxutsun, o biri tərəfdən isə “quyruq bulayır” ki, qorxduğunu da görsünlər.

Əlbəttə, ciddi siyasət və peşəkar siyasətçilər bu cür bəsit davranışlara diqqət yetirməzlər, ona maraq göstərməzlər. Azərbaycan Prezidenti İlham Əliyev özünün ciddi və peşəkar fəaliyyəti ilə bütün dünyada tanınıb. O, konkret siyasi liderliyi ilə bütün böhtanlara tutarlı cavab verir. İlham Əliyev kifayət qədər böyük təmkinlə Azərbaycanın milli və müstəqil dövlət quruculuğu prosesini reallaşdırır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin siyasi tərbiyəsini alıb və ona uyğun da davranır. İlham Əliyev heç zaman öz şəxsi işlərini dövlət işlərinə qarışdırmayıb. Ancaq bütün Azərbaycan xalqı öz Prezidentini daim müdafiə edib və edəcəkdir. Prezidentin şərəfi həmişə çox ciddiliklə qorunub və qorunacaqdır.

Nikol Paşinyana gəldikdə isə... Bizcə, o, ümumiyyətlə, hazırkı erməni cəmiyyətinin və xalqının ən böyük problemidir. Onu da, ilk növbədə, erməni xalqı özü həll etməlidir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azəbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi