Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 13-cü və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 64; 2009, № 12, maddə 951; 2012, № 7, maddə 644; 2013, № 3, maddə 211, № 12, maddə 1481; 2018, № 4, maddə 635) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5-ci maddənin 1-ci hissəsinin birinci abzasına və 2-ci hissəsinə, 29-cu maddənin 6-cı hissəsinə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

1.2. 6-cı maddənin 1-ci hissəsinin ikinci abzasında “orqanında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda” sözləri “orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin;

1.3. 38-ci maddənin 1-ci hissəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 485; 2004, № 7, maddə 505; 2009, № 5, maddə 296; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 645; 2013, № 12, maddə 1482; 2018, № 4, maddə 636) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 15-ci, 20-ci və 30-cu maddələrinin birinci hissələrinə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

2.2. 16-cı maddədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 3. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 975) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 9.1-ci, 10-cu və 11-ci maddələrdə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

3.2. 12.1-ci maddədə “orqanlarının onlara” sözləri “orqanının müəyyən etdiyi orqanın (qurumun) ona” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin