REGİONLAR


Patimat Quseynova: Naxçıvan tarixi abidələri və gözəl təbiəti ilə insanı valeh edir

Naxçıvan, 25 may, AZƏRTAC

Azərbaycan çox qədim, zəngin mədəniyyətə malik bir ölkədir, burada mədəniyyətə və incəsənətə dövlət səviyyəsində diqqətlə yanaşılır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının iştirakçısı, dağıstanlı rəssam Patimat Quseynova deyib.

“İkinci dəfədir ki, bu festivalda iştirak edirdim. Təşkilatçılıq yüksək səviyyədə idi və bizə çox xoş münasibət göstərildi”, - deyən dağıstanlı rəssam bildirib ki, qədim Naxçıvan diyarı tarixi abidələri və gözəl təbiəti ilə insanı valeh edir. Bütün bunlar Naxçıvanın tarixi turizm baxımından çox gözəl bir məkan olduğunu göstərir. Buranın insanları çox gülərüz və qonaqpərvərdirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.