Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Patrik Braxner: “Pxençan-2018”də uğurlu nəticə üçün mübarizə aparacağam

Bakı, 19 fevral, AZƏRTAC

Koreya Respublikasının Pxençan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları davam edir. Dünyanın 92 ölkəsindən 3 mindən çox idmançının iştirak etdiyi Olimpiadada Azərbaycanı təmsil edən dağ xizəkçisi Patrik Braxner fevralın 22-də mübarizəyə qoşulacaq. Slalom yarışlarında qüvvəsini sınayacaq idmançımız hazırda Norveçin dağ xizəkçiləri ilə birlikdə gündəlik məşqlərdə iştirak edir. Olimpiya Kəndində məskunlaşan Patrik Braxner “Olimpiya dünyası” qəzetinə müsahibəsində yarışlara hazırlığı, çıxış edəcəyi idman növündəki şansları və ölkəmizlə bağlı fikirlərini bildirib.

AZƏRTAC müsahibəni təqdim edir.

- Yarışlara hazırlıqla bağlı məşq prosesi necə gedir?

- Bilirsiniz ki, mənim böyük slalom yarışında da iştirak etmək hüququm var idi. Bu idman növü həm texniki, həm də idmançının hazırlığı baxımından adi slalomdan fərqlənir. Burada zədə almaq riski də böyükdür. Qərara aldıq ki, mən daha çox slalom yarışlarına diqqətimi yönəldim. Hazırda məşqlərdə Norveç idmançıları ilə birlikdə iştirak edirəm. Bilirsiniz ki, qış idman növləri Norveçdə yüksək səviyyədə inkişaf edib və bu ölkənin komandasının üzvləri arasında dostlarım var. Onlarla birlikdə məşq etmək mənim üçün çox xoşdur.

- Çıxış etdiyin slalom yarışlarında favorit idmançı kimi görürsən?

- Dağ xizəyi idman növünün inkişaf etdiyi ölkələrin - Avstriyanın, Norveçin və İsveçin idmançıları arasında kifayət qədər təcrübəli, güclü idmançılar var və onları favorit hesab edirəm.

- Qələbə qazanmaq şansını necə dəyərləndirirsən?

- Hazırda havaların dəyişkən keçməsi, indi qar yağmaması yarış meydanında qarın keyfiyyətinə də təsir edir. Əgər yarış gününə qədər qar yağmasa, bu, təbii olaraq nəticələrə də öz təsirini göstərə bilər. Buna baxmayaraq, fevralın 22-də keçiriləcək slalom yarışlarında güclü rəqiblərim olsa da belə daha uğurlu nəticə üçün bütün qüvvəmlə mübarizə aparacağam.

- Medal qazanacaqsansa, bu, sənin həyatını dəyişə bilərmi?

- Reallıqla barışsaq, medal qazanmaq şansım azdır. Ancaq böyük idmanda kifayət qədər gözlənilməz nəticələr olur. Nəzərinizə çatdırım ki, dağ xizəyi idmanının slalom növündə həm dünya kubokunda, həm də Olimpiadada medalları bu yarışlarda favorit sayılan əsasən yeddi idmançı qazanır. Medal qazanıb-qazanmamağımdan asılı olmayaraq, idman mənim həyatımdır.

- Soçi Olimpiadası ilə “Pxençxan-2018” arasında hansı oxşar və fərqli cəhətlər var?

- Bu suala bilavasitə özümlə bağlı cavab vermək istəyirəm. Soçi Olimpiadasına hazırlığım daha yaxşı idi. O zaman Olimpiadadan əvvəl zədə almağım məni çox geri saldı. Hətta bu zədəyə görə təxminən iki il müalicə kursu aldım ki, formamı bərpa edə bilim. ABŞ-da aldığım təhsilimlə bağlı da təlim-məşqlərdə müntəzəm iştirak etmirdim. Yəni, Soçi Olimpiadasına hazırlığım indiki fiziki hazırlığımdan daha yaxşı idi.

- İki Qış Olimpiadasında Azərbaycanı təmsil etmisən. Səni ölkəmizə bağlayan daha çox hansı amillərdir?

- Çalışacağam ki, bu maraqlı suala səmimi cavab verim. Bəziləri elə bilir ki, mən ölkənizi məhz maddi tələbata görə təmsil etməyə razı olmuşam. Mən bunu əslində belə dəyərləndirməzdim. Gənc yaşlarımdan idmanla məşğul olmağa başlamışam. Peşəkar idmançı olmaq istəyimlə bərabər, eyni zamanda, mühəndislik üzrə təhsil də alırdım. Aldığım təhsilimlə bağlı mən bu idman növündə peşəkar səviyyədə çıxış edə bilmirdim və bu səbəbdən klublar məni qəbul etməkdə çətinlik çəkirdilər. Baxmayaraq ki, öz yaşıdlarım arasında ən potensiallı idmançı sayılırdım. Azərbaycanı təmsil etmək barədə təklifi böyük məmnuniyyətlə qəbul etdim. Ölkənizi təmsil etməyə başladığım ilk günlərdən çalışıram ki, mənə göstərilən etimadı layiqincə doğruldum. Bir neçə dəfə zədə almağıma baxmayaraq, yarışlarda Azərbaycanı sevgi, ürəklə təmsil etməyə çalışmışam. İki qış Olimpiadasında ölkənizi təmsil etdiyim üçün burada çoxlu dost qazanmışam. Mənə göstərilən səmimi münasibət və adət-ənənələriniz məni bu ölkəyə qəlbən bağlayır.

- Azərbaycanın idman sahəsindəki nailiyyətləri, atletlərimizin Olimpiya Oyunlarındakı uğurları barədə fikirlərin maraqlı olardı?

- Azərbaycanın idman nailiyyətlərini mümkün qədər izləməyə çalışıram. Xüsusilə, Yay Olimpiya Oyunlarında qazanılan nailiyyətlər barədə məlumatım var. “Rio-2016”da Azərbaycan idmançılarının 18 medal qazanması çox böyük nailiyyətdir. Taekvondoda Radik İsayevin qızıl medal qazanması, boks, cüdo və güləş idman növündə əldə edilən medallar Azərbaycanı dünya dövlətləri arasında ön sıraya çıxarır. Böyük ölkələrlə müqayisədə bu, çox əlamətdar hadisədir. Bilirəm ki, ölkənizdə qış idman növlərinin inkişafı üçün baza yaradılıb. Bu bazadan istifadə etməklə növbəti Olimpiadada yerli idmançıların iştirakını təmin etmək mümkündür. Bu sahədə mən də kömək etməyə hazıram. İnanıram ki, müəyyən müddətdən sonra Azərbaycanın yerli idmançıları da qış Olimpiadasında uğurlu nəticələr qazanacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov