MƏDƏNİYYƏT


Patrisiya Kaasın konserti Bakı tamaşaçısında fərəh hissi yaradıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Heydər Əliyev Sarayının səhnəsində Fransa estradasının canlı əfsanəsi Patrisiya Kaasın konserti olub.

AZƏRTAC xəbər verir ki, dünya şöhrətli ifaçının konserti böyük maraqla qarşılanıb. Konsertdə hamı tərəfindən sevilən hitlər, həmçinin əfsanəvi şanson-ifaçı Edit Piafın xatirəsinə həsr olunan “Kaas chante Piaf” (2014) adlı onuncu studiya albomuna daxil edilən yeni kompozisiyalar səslənib.

Patrisiya Kaasın stili qarışıq pop və caz musiqisidir. Bütövlükdə, dünyada 18 milyon diski satılan müğənninin xüsusilə Avropada və MDB-yə üzv ölkələrdə böyük pərəstişkarlar ordusu var. Patrisiya Kaas Fransa musiqisinin inkişafında töhfəsinə görə bir sıra təltif və mükafatlara layiq görülüb. Müğənni, həmçinin “İndi isə... Xanımlar və cənablar” və “Öldürülən” filmlərinə çəkilməklə aktrisa kimi də özünü sınayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.