SİYASƏT
Patrisiya Lalond: Azərbaycan regionun aparıcı ölkəsidir
Paris, 11 yanvar, AZƏRTAC
Çox mühüm geosiyasi məkanda, daim təlatümlü olan bir regionda yerləşən Azərbaycan gərgin anlarda vasitəçi rolunu oynayan aparıcı ölkədir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Geopragma beyin mərkəzinin vitse-prezidenti, deputat Patrisiya Lalonde söyləyib.
Patrisiya Lalonde qeyd edib ki, Azərbaycan “dondurulmuş“ adlandırılan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə məruz qalıb. Ümid edirik ki, bu münaqişə tezliklə həllini tapacaq. Həmin münaqişə regionda hər an alovlana biləcək bir təhlükədir.
Geopragma beyin mərkəzinin vitse-prezidenti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Fransada fəaliyyət göstərən beyin mərkəzlərinin rəhbərləri ilə görüşündə onları maraqlandıran çoxsaylı suallara cavab tapdıqlarını qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris