DÜNYA


Patrisiya Orteqa Qarsiya İspaniyanın ilk qadın generalı oldu

Bakı, 12 iyul, AZƏRTAC

İspaniyanın Nazirlər Kabineti Patrisiya Orteqa Qarsiyaya ispan ordusunun generalı hərbi rütbəsinin verilməsini təsdiq edib. Bunu iyulun 12-də Madriddə keçirilən mətbuat konfransında İspaniya hökumətinin rəsmi təmsilçisi, ölkənin Təhsil və Peşə Hazırlığı nazirinin vəzifələrini icra edən İsabel Selaa bəyan edib.

Hökumət təmsilçisi bildirib ki, Nazirlər Kabinetinin iclasında “biz İspaniya Silahlı Qüvvələrinin generalı rütbəsinədək yüksəlmiş ilk qadının təyinatı ilə bağlı yaxşı xəbər aldıq”.

56 yaşlı Patrisiya Orteqa Qarsiya krallığın ordusunda qadınların hərbi xidmətə qəbul olunması qərarından 30 il sonra general rütbəsi qazana bilib. Hazırda İspaniya Silahlı Qüvvələrində 15 mindən çox zərif cinsin nümayəndəsi xidmət edir ki, bu da hərbi qulluqçuların ümumi sayının 12,5 faizidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.