İDMAN


Pauerliftinqçimiz Xüsusi Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb

Bakı, 16 mart, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində Xüsusi Yay Olimpiya Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, pauerliftinqçimiz Aytac Səmədova Xüsusi Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb. İdmançımız 47 kiloqram çəki dərəcəsində toplam 152,5 kiloqram ağırlıq qaldıraraq 4 hərəkətin cəmində ikinci pillədə qərarlaşıb.

Azərbaycan bu nüfuzlu yarışda 54 idmançı ilə təmsil olunur. İdmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük yarışlarında çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.