İDMAN


Paulo Fonseka “Roma” klubunun baş məşqçisi vəzifəsinə təyin edilib

Bakı, 11 iyun, AZƏRTAC

İtaliyanın “Roma” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Roma təmsilçisinin sabiq çalışdırıcısı Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra bu vəzifəyə Ukraynanın “Şaxtyor” komandasının baş məşqçisi 46 yaşlı Paulo Fonseka təyin edilib. İtaliya klubunun rəhbərliyi mozambikli mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. P.Fonsekanın yeni klubunda illik məvacibi 2,5 milyon avro olacaq.

“Roma”nın Donetsk təmsilçisinə isə 2 milyon avro təzminat ödəyəcəyi bildirilib.

P.Fonseka 2016-cı ildən indiyədək “Şaxtyor”u çalışdırıb. Donetsk klubu bu müddətdə üç dəfə Ukrayna çempionatının və ölkə kubokunun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.