İQTİSADİYYAT


Pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları dövlət vəsaiti hesabına təmin ediləcək

Pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları dövlət vəsaiti hesabına təmin ediləcək

Bakı, 1 fevral, AZƏRTAC

Prezidentin müvafiq fərmanına əsasən, pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları dövlət vəsaiti hesabına təmin ediləcək ki, bu da istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyaları və aqrar kreditlərdən müntəzəm olaraq yararlanmasına imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova II Aqrobiznes Forumunda çıxışında deyib.

“Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində icra olunan layihədə aqrar sahənin əsas parametrlərini özündə əks etdirən məlumat bazası yaradılıb. Əkin sahələrinə dair məlumat bazasının yaradılması ilə kənd təsərrüfatında idarə edilə bilən əkinçilik mexanizminin formalaşdırılması nəzərdə tutulub”, - deyə o əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.