İQTİSADİYYAT
Payın alğı-satqısından əldə olunan gəlirə görə vergi azadolmaları
Bakı, 6 avqust, AZƏRTAC
Vergi Məcəlləsinin 102.1.27 və 106.1.19-cu maddələrinə əsasən, vergiödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir, həmçinin mənfəət vergisindən azaddır.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, gəlir (mənfəət) vergisindən azadolmanın tətbiq edilməsi üçün ilkin şərt payın və ya səhmin azı 3 il ərzində şəxsin mülkiyyətində olması müəyyən olunub.
Belə ki, payın bir hissəsi ən azı 3 il, digər hissəsi isə bu müddətdən az vaxtda mülkiyyətdə olduqda, azadolma yalnız ən azı 3 il mülkiyyətdə olmuş paya tətbiq ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]