CƏMİYYƏT


Payız ağacəkmə mövsümü başlayandan etibarən 45 mindən çox ağac əkilib

Bakı, 25 oktyabr, AZƏRTAC

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov AZƏRTAC-a bildirib ki, bu gün ölkə ərazisində keçirilən ağacəkmə tədbirləri zamanı meşə və qeyri-meşə fondu torpaqlarında ümumilikdə 3,9 hektar ərazidə 7223 ədəd müxtəlifcinsli ağac əkilib: “Payız ağac əkini başlayandan bu günədək ölkə ərazisində ümumilikdə 37,8 hektar ərazidə 45 min 423 ədəd müxtəlifcinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 5 hektar ərazidə 500 kiloqram toxum səpilib”.

V.Kərimov ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri bu nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.