CƏMİYYƏT


Payız fəslinə məxsus şikayətlərdən biri də göz sulanmasıdır

Bakı, 25 sentyabr, AZƏRTAC

Payız fəslinə məxsus göz şikayətlərindən biri də küləyin səbəb olduğu göz sulanmasıdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi-Eksimer Lazer şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əslində təzad görünsə də, bu sulanmanın səbəbi yenə də göz qurumasıdır. Belə ki, külək göz səthini qurudur, bu quruducu təsir ilə göz daha çox göz yaşı ifraz edərək qarşılıq verir. Bunun qarşısını almaq üçün, geniş çərçivəli eynəklərdən istifadə etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.