CƏMİYYƏT


Payız mövsümündə 507 hektar ərazidə bir milyondan çox ağacın əkilməsi nəzərdə tutulur

Bakı, 18 sentyabr, AZƏRTAC 

Payız mövsümündə 507 hektar ərazidə bir milyondan çox ağacın əkilməsi nəzərdə tutulur. Bununla yanaşı, 10 min hektara yaxın ərazidə meşəbərpa tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda deyib.

N.Xıdırovun sözlərinə görə, meşəbərpa tədbirləri zamanı əsasən meşəcinsli ağacların - palıd, cökə, fıstıq ağaclarının toxumu payızda tədarük olunur və meşələrin açıq sahələrinə, talalara, seyrək hissələrə səpilir. Bu da gələcəkdə minlərlə ağacın əmələ gəlməsinə şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.