REGİONLAR


Payız mövsümündə Balakən rayonunda 200 min ədəd tut tingi əkiləcək

Balakən, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə cari ilin payız mövsümündə Balakən rayonunun ərazisində 130 min ədəd yerli cins tut tinginin əkilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb və qısa müddətdə rayon ərazisində 25 min ədəd tut tingi əkilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.

Qurumun rəsmisinin bildirdiyinə görə, bundan əlavə, yeni tut bağlarının salınması məqsədilə yaxın günlərdə Çindən ölkəmizə gətiriləcək 1 milyon ədəd tut tingindən 70 mininin Balakən rayonu ərazisində əkilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.