SİYASƏT


Payız sessiyası müddətində Milli Məclisdə 286 qanun və qərar qəbul edilib

Bakı, 30 dekabr, Ə.Məmmədov, X.Məmmədov, AZƏRTAC

Payız sessiyası müddətində Milli Məclisdə 21 iclas keçirilib, 286 qanun və qərar qəbul edilib. Yəni Milli Məclis üzərinə düşən qanunvericilik səlahiyyətini tam yerinə yetirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov payız sessiyasının son iclasında məlumat verib.

Parlamentin xarici əlaqələrindən danışan Oqtay Əsədov bildirib ki, deputatlarımız beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak edərək 50-yə yaxın ölkəyə 115 səfər ediblər. 60-dan çox xarici dövlətin və beynəlxalq təşkilatın 90-a yaxın nümayəndə heyəti Milli Məclisdə olub. Onlar arasında 6 prezident, 6 baş nazir və 11 parlament sədri olub. Beynəlxalq təşkilatların xətti ilə Azərbaycan 10 beynəlxalq tədbirə ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.