CƏMİYYƏT


Payız yağışları yağacaq, dağ çaylarında sululuq artacaq

Bakı, 26 sentyabr, AZƏRTAC

Avqustda və sentyabrın əksər günlərində havanın quraq keçməsi çaylarda suyun səviyyəsinə təsir edib. Lakin sentyabrın 27-dən başlayaraq ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sellər keçəcəyi ehtimal olunur. Sellər əsasən Böyük Qafqazın cənub yamacı və Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunacaq.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Baş hidroloq çaylarda baş verən sel və daşqınların payız fəsli üçün xarakterik olduğunu da söyləyib. Buna baxmayaraq çaylar həmin bölgələrdə yaşayan əhali üçün təhlükə doğurmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.