CƏMİYYƏT


Payızadək COVID-19-la mübarizədə müsbət irəliləyişlər olmasa, xəstəliyin diferensial diaqnostikası çətinləşə bilər

Bakı, 3 iyul, AZƏRTAC

Payız-qış ayları respirator infeksiyaların yüksəliş mövsümü olur. Ekspertlər bu aylar üçün koronavirusla bağlı ciddi hazırlıq görməyi tövsiyə edirlər. COVID-19-la kliniki əlamətləri oxşar olan çoxlu respirator virus və atipik pnevmoniya törədən bakterial infeksiyalar var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, payız aylarına doğru COVID-19-la mübarizədə müsbət irəliləyişlərə nail olunmasa, xəstəliyin diferensial diaqnostikası çətinləşə bilər və tibb müəssisələrinin üzərinə daha çox yük düşər. Ona görə də hər kəs məsuliyyətli olmalıdır. Tibb müəssisələri də bu sahədə müvafiq tədbirlər görməlidirlər ki, lazım gəldiyi təqdirdə xəstəliklərin diaqnostikasını aparmaq mümkün olsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.