DÜNYA


Payızın sonunda Ukraynada koronavirusun ikinci dalğası gözlənilir

Kiyev, 11 avqust, AZƏRTAC

Payızın sonunda Ukraynada koronavirusun ikinci dalğası gözlənilir. Oktyabr və ya noyabr aylarında xəstələrin sayının xeyli artacağı ehtimal olunur.

AZƏRTAC xəbər verir ki, Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bu fikirləri brifinqdə səsləndirib.

Onun sözlərinə görə, Ukraynada COVID-19-un ikinci dalğası üçün təxminən 10 min pasiyent qəbul edə biləcək xəstəxanalar hazırlanıb.

Nazir qeyd edib ki, bütün xəstəxanalarda təchizat işlərini maksimum sürətlə yekunlaşdırmağa çalışırlar. Ölkədə mərkəzləşdirilmiş şəkildə oksigenlə təchiz olunan çarpayıların sayı artırılıb.

Rüstəm Məmmədov

AZƏRTAC

Kiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.