REGİONLAR


Payızlıq əkinlərə hazırlıq işləri aparılır

İsmayıllı, 11 sentyabr, AZƏRTAC

İsmayıllı rayonunda gələn ilin məhsulu üçün 19 min hektarda payızlıq əkin aparılacağı gözlənilir və hazırda bütün ərazi dairələrində ciddi hazırlıq işləri görülür.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllı dəmyə zonada yerləşdiyindən əkinə yararlı 33 min 525 hektar sahənin təxminən 29000 min hektarında payızlıq dənli bitkilər, əsasən də taxıl əkilir. Bu günlər hər yerdə gələcək yüksək məhsul üçün mühüm aqrotexniki tədbir olan yay şumu çıxarılır. Bu iş üçün hər gün sahələrə 30-a yaxın şum traktoru cəlb edilir, gün ərzində 1000-1500 hektarda şum qaldırılır.

İndiyədək rayonda 19 min 500 hektardan çox sahə şumlanıb.

Rayonda payız əkininin optimal müddətdə başa çatdırılması üçün səpin aqreqatları da hazır vəziyyətə gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.