REGİONLAR


Payızlıq taxıl əkini sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir

Bakı, 15 fevral, AZƏRTAC

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin məhsulu üçün əkilmiş payızlıq taxıl əkini sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədilə müşahidə və mübarizə tədbirləri həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, cari ilin ötən dövründə respublika ərazisində siçanabənzər gəmiricilərlə bağlı, ümumilikdə, 84074 hektar ərazidə müşahidələr aparılıb, mütəxəssislərin məsləhət və tövsiyələri əsasında 21962 hektar ərazidə mübarizə tədbirləri aparılıb. Ümumilikdə, ötən ilin oktyabr ayından 196506 hektar sahədə müşahidə, 49636 hektarda mübarizə tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, ziyanvercilərə qarşı bir hektarda işlək yuvaların sayı dənli taxıl bitkilərində payız mövsümündə 50 yuva, erkən yazda 75 yuva, yaz mövsümündə 100 yuva olduqda mübarizə aparılır. Payızlıq əkinlərdə hesabatlar taxılın kollanma fazasından qış soyuqları düşənə qədər, yazda isə bitkinin yenidən inkişafa başladığı dövrdə aparılır.

Kimyəvi mübarizə məqsədi ilə sink-fosfid preparatı ilə aldadıcı yem hazırlanır. Aldadıcı yemin hazırlanmasında dənlərdən, günəbaxan tumundan, yarma, kəpək, sıyıq, kombinə edilmiş yemlərdən istifadə olunur. Gəmiricilərin zərər vurduğu sahələrdə hər işlək yuvaya 3 qram aldadıcı yem qoyulur.

Fermerlərə siçanabənzər gəmiricilərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına, rayon bitki mühafizəsi mərkəzlərinə müraciət olunması tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.