Payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1 milyon 700 min hektardan çox olub
AzerTAg.az
Bakı, 23 avqust, AZƏRTAC
Cari il iyunun 1-i vəziyyətinə keçirilmiş əkin sahələrinin uçotunun nəticələrinə əsasən, 2019-cu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1 milyon 717,1 min hektar olub və əvvəlki illə müqayisədə 20,9 min hektar və yaxud 1,2 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu azalma kənd təsərrüfatı ilə məşğul olan müəssisələr üzrə 0,3 faiz, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 1,3 faiz olub.
Ölkə üzrə əkin sahəsinin 1 milyon 72,5 min hektarını və yaxud 62,4 faizini dənlilərin və dənli paxlalı bitkilərin, 130,2 min hektarını (7,6 faiz) texniki bitkilərin, 147,6 min hektarını (8,6 faiz) kartof, tərəvəz və bostan bitkilərinin, 366,8 min hektarını (21,4 faiz) yemlik bitkilərin əkin sahələri təşkil edib.

Xəbərin mətnində orfoqrafik səhv var