REGİONLAR
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 3 milyon tonadək məhsul götürülüb
Bakı, 21 avqust, AZƏRTAC
Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir və avqust ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 97,8 faizi, yaxud 1 milyon 27,3 min hektarı biçilərək, həmin sahələrdən 2 milyon 995,3 min ton məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,2 sentner olub. Bundan əlavə, məhsulu toplanmış 3,1 min hektar qarğıdalı sahəsindən 14 min ton məhsul götürülüb.
Yığım başlanandan sahələrdən 534,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çox kartof, 925,7 min ton (15,6 faiz çox) tərəvəz, 308,1 min ton (1,1 faiz az) bostan məhsulları, 207,4 min ton (2,7 faiz çox) meyvə və giləmeyvə, 4,2 min ton (2,1 faiz çox) üzüm, 535,2 ton (20,5 faiz çox) yaşıl çay yarpağı, 1,8 min ton (keçən illə eyni səviyyədə) günəbaxan və 2,1 min ton (5,7 faiz çox) tütün yığılıb.